Qazaxıstanın baş naziri Alixan Smailov Azərbaycanla birgə layihə (Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsi) üzrə işlərin sürətləndirilməsi ilə bağlı tapşırıq verib.
“Samruk-Kazına” Dövlət Fonduna martın 10-dək Qazaxıstan və Azərbaycan arasında Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin çəkilməsi layihəsinin maliyyələşdirilməsi məsələsi üzərində işləmək tapşırılıb. Bu işi sürətləndirmək lazımdır. Rəqəmsal İnkişaf, İnnovasiyalar və Aerokosmik Sənaye Nazirliyi bu məsələləri xüsusi nəzarətə götürməlidir”, - deyə Qazaxsıtan mətbuatı baş nazirə istinadən xəbər verir.
Daha əvvəl “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi məlumata görə, Azərbaycan və Qazaxıstanın aparıcı telekommunikasiya şirkətləri “AzerTelecom” və “Kazakhtelecom” arasında Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsi layihəsi çərçivəsində “Əməkdaşlıq şərtləri haqqında Saziş” imzalanıb.
Azərbaycan-Qazaxıstan marşrutu üzrə Xəzər dənizinin dibi ilə Transxəzər Fiber-Optik Rabitə Xətti layihəsi Avropa ilə Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizinin yaradılmasını nəzərdə tutan irimiqyaslı “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) layihəsinin bir hissəsidir.
Operatorlar Qafqaz və Mərkəzi Asiyada ən iri layihə olan Azərbaycan-Qazaxıstan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin tikintisi üzrə işləri 2024-cü ilin sonuna kimi reallaşdırmaq niyyətindədirlər.
Artıq yüksək səviyyəli dizayn (high-level design) layihəsi işlənib hazırlanıb, detallı yol xəritəsi təsdiq edilib, tədqiqat işlərinin bitməsindən sonra Xəzərin dibi ilə birbaşa “optik xəttin” tikintisi aparılacaq. Sualtı xəttin əsas marşrutu Aktaudan Siyəzənə qədər uzanacaq və uzunluğu 340 kilometrdən çox olacaq, uzunluğu 330 km olan ehtiyat kanal isə Qazaxıstanın Kurık limanından Bakının yaxınlığında yerləşən Buzovnaya qədər çəkiləcək.*
R.Əhmədov
Ermənilər Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
Bayramov Türkiyənin yeni XİN başçısını təbrik və Azərbaycana səfərə dəvət edib
Ermənistan Rusiya ixracını əvəzləmək üçün silah almaq yollarını tapıb
Qriqoryan: KTMT-yə üzvlüyü Ermənistan üçün problemlər yaradır
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
AccessBank yeni konseptli növbəti filialını təqdim etdi
Yayda Bakıda beynəlxalq kənd təsərrüfatı konfransı keçiriləcək
31 may-3 iyun tarixlərində Bakıda “Caspian Oil&Gas” sərgisi keçiriləcək
Noyabrın sonunda Bakıda Beynəlxalq Bankçılıq Forumu keçiriləcək