Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın Azərbaycanla sərhəd rayonlarında Avropa İttifaqının (Aİ) mülki missiyasının yaradılmasını şərh edib.
“Yanvarın 23-də Aİ Şurası iki il müddətinə Ermənistanda Avropa İttifaqının yeni mülki missiyasının yaradılması barədə qərar qəbul edib. Aİ-nin mövcudluğunun konkret parametrləri yaxın gələcəkdə müəyyən ediləcək. Amma onun ötən ilin oktyabrından dekabrına kimi Ermənistanda fəaliyyət göstərən Aİ-nin monitorinq mexanizmindən daha genişmiqyaslı olacağı artıq göz qabağındadır”, - deyə XİN-in bəyanatında qeyd olunur.
XİN-də vurğulayıblar ki, Rusiyanın Cənubi Qafqaz regionunda qeyri-regional amilin möhkəmlənməsi ilə bağlı prinsipial mövqeyi dəyişməyib. Ermənistan-Azərbaycan sərhədində baş verənlərə Aİ “ekspert”lərinin nəzarətindən heç bir “əlavə dəyər” görmürük. Əgər Brüssel səmimi qəlbdən Qafqaz regionunda sülhün bərqərar olmasında maraqlı olsaydı, onlar öz missiyalarının iş şərtlərini Azərbaycanla razılaşdırardılar.
RF XİN-in qiymətləndirmələrinə görə, Ermənistanın sərhədyanı rayonlarında ABŞ və NATO-nun əlavəsinə çevrilmiş, MDB məkanında qarşıdurma siyasəti yürüdən Avropa İttifaqı nümayəndələrinin peyda olması regiona yalnız geosiyasi qarşıdurma gətirə və mövcud ziddiyyətləri daha da gücləndirə bilər.
Avropa İttifaqının nəyin bahasına olursa-olsun Ermənistanda möhkəmlənmək, Rusiyanın vasitəçilik səylərini sıxışdırmaq cəhdləri ermənilərin və azərbaycanlıların regionun dinc inkişafı ilə bağlı maraqlarına xələl gətirə bilər.
“Əvvəl olduğu kimi, biz hesab edirik ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və ümumiyyətlə, regionda vəziyyətin yaxşılaşdırılması üçün ən sabit və uzunmüddətli əsas Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il və 31 oktyabr 2022-ci il tarixli üçtərəfli razılaşmaların, o cümlədən bütün nəqliyyat və iqtisadi əlaqələrin açılması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin parametrlərinin razılaşdırılması haqqında sazişlərin ciddi və ardıcıl icrasıdır Rusiya Federasiyası buna hər cür kömək etməyə hazırdır”, - deyə Rusiya XİN-in bəyanatında qeyd olunur.*
R.Əhmədov
İsrail Prezidenti mayın 30-da Bakıya səfər edəcək
Əliyev: “Daha üçüncü dəvət olmayacaq…”
Əliyev: “Bakı Aİİ ilə yaxınlaşmada praqmatizmi əsas götürəcək”
“Günay Bank”da qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsi iyunun 19-dan həyata keçiriləcək
BTQ dəmir yolu xətti Orta Dəhliz vasitəsilə daha çox yüklərin cəlb edilməsi üçün genişləndirilir
Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu barəsində həbs qətimkan tədbiri seçilib
Marabda-Kartsaxi dəmir yolu sahəsində baş vermiş hadisə haqqında məlumat
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Yelo Bank tələbələr üçün mentorluq layihəsinə start verib
Bank Respublika Özünüməşğulluq proqramı çərçivəsində aztəminatlı ailələrə dəstək oldu!
NEQSOL Holding qlobal təlim təchizatçısı O`Reilly ilə tərəfdaşlığa başlayır
Yayda Bakıda beynəlxalq kənd təsərrüfatı konfransı keçiriləcək
31 may-3 iyun tarixlərində Bakıda “Caspian Oil&Gas” sərgisi keçiriləcək
Noyabrın sonunda Bakıda Beynəlxalq Bankçılıq Forumu keçiriləcək