Ankara Avropaya Azərbaycan qazının əlavə həcmini tədarük etmək üçün hər cür dəstək göstərməyə hazırdır. Bu barədə Türkiyə XİN başçısı Mövlut Çavuşoğlu bəyan edib.
“Türkiyə Azərbaycanda qarşıdakı dövrdə hasil ediləcək əlavə qazın Macarıstana və Cənub-Şərqi Avropanın bəzi ölkələrinə çatdırılması üçün hər cür dəstək göstərəcək. Biz artıq bu məsələ ilə bağlı Azərbaycanla razılaşmışıq. Əminik ki, gələcəkdə biz (Macarıstan ilə -İF) enerji əməkdaşlığımızı gücləndirəcəyik", - Çavuşoğlu çərşənbə axşamı Budapeştdə macar həmkarı Peter Siyarto ilə birgə mətbuat konfransında bildirib.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, Türkiyə diplomatiyasının rəhbəri həmçinin qeyd edib ki, Siyarto cari ilin fevral ayında keçiriləcək İstanbul Qaz Forumunda iştirakını artıq təsdqiləyib.
Öz növbəsində, Siyarto Macarıstanın enerji təhülkəsizlyiində Türkiyənin vacib rolunu qeyd edib.
“Biz Avropada enerji problemləri ilə üzləşirik. Macarıstanın enerji təhlükəsizliyinin təmin edilməsində Türkiyənin rolu danılmazdır. Rusiyadan təbii qaz Mərkəzi Avropaya 100% istismar olunan «Mavi axın» boru kəməri ilə Türkiyə vasitəsilə daxil olur. Türkiyə olmadan Macarıstanın etibarlı enerji təhlükəsizliyi də yoxdur. Bu həqiqətdir, çünki yalnız 2022-ci ildə Türkiyə vasitəsilə 5 milyard kubmetr qaz daxil olub", - Macarıstanın xarici işlər naziri bildirib.
O əlavə edib ki, Budapeşt enerji resurslarının tədarükü mənbələrinin şaxələndirilməsinə böyük önəm verir.
"Və burada ən real ssenari Azərbaycanda hasil olunan qazın Mərkəzi Avropaya, o cümlədən Macarıstana çatdırılmasıdır. Xəritəyə nəzərə yetirsək, bu iri həcmdə qaz Macarıstana yalnız Türkiyə ərazisindən gələ bilər. Bununla əlaqədar şirkətlərimiz arasında müvafiq müzakirələr başlayıb və indi razılaşmalar hazırlayırıq (Azərbaycan qazının Türkiyə ərazisi ilə tranziti üçün - İF)", - Siyarto deyib.
Dünən Azərbaycan prezidenti İlham ƏliyevBudapeştə səfər çərçivəsində “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında təbii qaz əməkdaşlığı haqqında Anlaşma Memorandumu” imzalayıb.
Azərbaycan qazının TAP kəməri ilə Avropaya ixracına 2020-ci il dekabrın 31-dən başlanılıb. Hazırda Aİ-də Azərbaycan qazının alıcıları İtaliya, Yunanıstan, Bolqarıstan və Rumıniyadır.
2022-ci ildə Azərbaycan ixracın həcmini 18% - 22,3 milyard kubmetrə qədər artırıb. Avropaya 11,4 milyard kubmetr qaz (2021-ci illə müqayisədə artım 12,3%) ixrac olunub ki, bu da Azərbaycanın bütün ixracının 51%-ni təşkil edir.
2023-cü ildə qaz ixracının 24 milyard kubmetr təşkil edəcəyi planlaşdırılır, bunun 12 milyard kubmetrə qədəri Avropaya nəql olunacaq. **
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət