Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 1-də Türkiyə Respublikasının milli təhsil naziri Mahmut Özeri və Türkiyə Böyük Millət Məclisinin (TBMM) bir qrup üzvünü videokonfrans formatında qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilib.
Görüşün videokonfrans formatında keçirilməsinə səbəb Türkiyə nümayəndə heyətinin üzvlərində COVID-19 testinin nəticəsinin pozitiv çıxmasıdır.
Mahmut Özer Azərbaycan Respublikasının Tehrandakı səfirliyinin binasında törədilən terror aktı zamanı mühafizə xidmətinin rəhbəri Orxan Əsgərovun həlak olması ilə bağlı Prezident İlham Əliyevə başsağlığı verib.
“Prezident İlham Əliyev səfirliyin digər mühafizə əməkdaşının qəhrəmanlığı nəticəsində terrorçunun zərərsizləşdirildiyini və bununla da silahlı şəxsin səfirliyin başqa əməkdaşlarına və onların ailə üzvlərinə hücumunun qarşısının alındığını vurğulayıb. Dövlət başçısı hazırda Azərbaycan tərəfindən bu terror aktının hərtərəfli şəkildə araşdırıldığını diqqətə çatdırıb. Prezident İlham Əliyev vurğulayıb ki, həmin şəxsin səfirliyimizin binasında törətdiyi terror hadisəsi prosesinin xeyli vaxt çəkməsinə baxmayaraq, İranın polis və təhlükəsizlik qüvvələri tərəfindən hər hansı ciddi tədbir görülməyib”, - deyə məlumatda bildirilib.
Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini deyən dövlət başçısı Mahmut Özerin və Türkiyə Böyük Millət Məclisinin bir qrup üzvünün ölkəmizə səfərinin önəminə toxunub və bu səfərin əlaqələrimizin daha da genişlənməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Təhsil sahəsində əməkdaşlıqda böyük nailiyyətlərin əldə olunduğunu bildirən Prezident İlham Əliyev iki ölkənin dövlət başçılarının razılaşdırdığı kimi Azərbaycan-Türkiyə birgə universitetinin yaradılmasının böyük önəm daşıdığını deyib.
Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb. Hazırda bu xain hücum üzrə araşdırma gedir.
Azərbaycan hökuməti terror aktı kimi qiymətləndirdiyi bu hadisədən sonra Tehrandakı səfirliyin bütün əməkdaşlarının və onların ailə üzvlərinin təxliyə edilməsi ilə bağlı qərar qəbul edib. Təxliyə yanvarın 29-da baş tutub.
Hazırda Azərbaycanın Tehrandakı səfirliyi fəaliyyət göstərmir.*
X.Nəsirzadə
“Rosselxoznadzor” 2024-cü ildə Azərbaycanda toxumların sınaq laboratoriyasının auditini keçirəcək
2023-cü ildə Azərbaycanın bank sektorunun xarici borcu 1,8 dəfə artıb
Azərbaycan hökuməti taksi fəaliyyətinə dair yeni tələbləri təsdiqləyib
Yanvar-fevral aylarında İstanbula turist axını 8% artıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri mayda görüşəcəklər
Ağ Ev İsrail və Livanı sərhəddə vəziyyəti dərhal normallaşdırmağa çağırıb
Ağ Ev: “Crocus City Hall”da terror aktına görə yalnız İŞİD məsuliyyət daşıyır
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır
Yelo Bank Xocavənddə yaşayan şəhid ailələrini Novruz sovqatları ilə sevindirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət