Azərbaycan prezidenti İlham Əliyev cümə ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri xanım Laura Loxmanı qəbul edib.
Dövlət başçısının saytında dərc olunan məlumata əsasən, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin ötənilki toplantısında qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi baxımından yaxşı nəticələrin əldə olunduğunu qeyd etdi.
Azərbaycan prezidenti hazırda enerji diplomatiyamız qarşısında yeni vəzifə və tapşırıqların müəyyən edildiyini diqqətə çatdıraraq, fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclasında səmərəli müzakirələrin aparılacağına əminliyini ifadə etdi.
Dövlət başçısı Cənub Qaz Dəhlizinin qoyduğu bünövrənin bərpaolunan enerji sahəsində əməkdaşlıq üçün əlverişli imkanlar yaratdığını. Azərbaycanın bu sahədə böyk potensialının olduğunu vurğuladı.
Prezident bu xüsusda Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin birinci iclasının və “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlığa dair Saziş”in icrası üzrə Rəhbər Komitənin ilk iclasının da keçirilməsinin əhəmiyyətini qeyd etdi.
Öz növbəsində, Loxman Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclasının əhəmiyyətini vurğuladı və Azərbaycanın Cənub Qaz Dəhlizi vasitəsilə Avropa ölkələrinin enerji təminatına əsaslı töhfələr verdiyini vurğulayıb.
O, Cənub Qaz Dəhlizinin yaratdığı təməllər əsasında bərpaolunan enerji, o cümlədən yaşıl hidrogen sahəsində yeni əməkdaşlıq perspektivlərinin meydana çıxdığını qeyd etdi və “bu layihələrin həyata keçirilməsində Azərbaycanın vacib rol oynadığını” bildirdi.
“Görüşdə ABŞ-ın Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsinə göstərdiyi davamlı dəstək yüksək qiymətləndirildi və ABŞ-la Azərbaycan arasında enerji sahəsində uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olundu”, - məlumatda vurğulanıb.
“Nümayəndə heyəti ölkəmizin Tehrandakı səfirliyinə qarşı törədilmiş terror hadisəsi (27 yanvar 2023-cü ildə - İF) nəticəsində Azərbaycan vətəndaşının həlak olması ilə əlaqədar ABŞ-ın başsağlığını ifadə etdi”, - məlumatda deyilir. **
R.Kərimov
Ermənistanda əsir saxlanılan azərbaycanlı əsgərin həbs müddəti uzadılıb
Azərbaycan hökuməti Naxçıvan iqtisadiyyatının zəif və güclü tərəflərini qiymətləndirib
Sumqayıtda yolların təmirinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
“Nar” yerli İT mütəxəssislərini yetişdirir
Nar dəyərli hədiyyələrlə dolu yay müsabiqələrinə başlayır
TuranBank özünüməşğulluq proqramına dəstək olmağa davam edir
Yayda Bakıda beynəlxalq kənd təsərrüfatı konfransı keçiriləcək
31 may-3 iyun tarixlərində Bakıda “Caspian Oil&Gas” sərgisi keçiriləcək
Noyabrın sonunda Bakıda Beynəlxalq Bankçılıq Forumu keçiriləcək