Yanvarın 31-də ADA Universitetində Caspian Energy Club və Caspian Energy International Media Group təşkilatçılığı, İnstitute for Development and Diplomacy ilə birlikdə Green Energy Transition mövzusuna həsr olunmuş növbəti Caspian Energy Meet Up tədbiri keçirildi. Tədbirdə neft və qeyri-neft sektorunu təmsil edən özəl sahibkarlar, dövlət qurumlarının nümayəndələri və şirkətlərin top menecerləri iştirak etdilər.
Bu barədə Caspian Energy Club-un sədri və qrupun baş icraçı direktoru Telman Əliyev bildirdi.
Onun sözlərinə görə, 2022-ci il noyabrın 17-də start verilən Caspian Energy Meet Up hər ay həm Azərbaycan Respublikasında, həm də ölkə xaricində keçiriləcək. "Biz bu görüşlərdə Green Energy Transition və innovativ texnologiyaların tətbiqi mövzularının müzakirələrini davam etmək niyyətindəyik", - deyə o əlavə etdi.
Telman Əliyev ADA Universitetinin innovasiyalar və yaşıl texnologiyalara dəstək mərkəzi kimi rolunu xüsusi qeyd etdi. “Bu təşəbbüsü dəstəklədiklərinə və tədbirin təşkilində köməklik göstərdiklərinə görə universitetin rəhbərliyi və kollektivinə dərin təşəkkürümü bildirirəm", - Telman Əliyev bildirdi.
Tədbirdə ADA Universitetinin prorektoru, Director of Institute for Development and Diplomacy (IDD) direktoru Dr. Fariz İsmayılzadə salamlama nitqi ilə çıxış etdi. Moderator qismində Uniper Global Commodities SE Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Rəşad Hüseynli və Caspian Energy Türkiyə İdarə heyətinin sədri Süleyman Məcidli Meet Up-da çıxış etdilər.
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov, Masdar şirkətinin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri, ölkə üzrə meneceri Murad Sadıxov, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev, SOCAR “Cənub Qaz Dəhlizi” QSC-nin Baş direktor müavini Rəşad Mustafayev və “AzerTelecom” MMC şirkətinin Direktorlar şurasının sədri Fuad Allahverdiyev görüşdə spiker qismində iştirak etdilər.
Caspian Energy Club dünyanın 50 ölkəsindən 5000 çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes - hökumət” dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin “B2G”, “B2B” və “B2C” formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
“Biznes-networking” üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”un Türkiyə, BƏƏ, İsrail, Özbəkistan, Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.
Nağıyev: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”
Bakı Rasmusseni NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə ittiham edir
Dövlət Xidməti və Macarıstan Rəqabət Qurumu arasında Anlaşma Memorandumu imzalanıb
2023-cü ildə Türkiyədən Azərbaycana pul köçürmələrinin həcmi 1,3 dəfə artıb
Yanvar-fevral aylarında İstanbula turist axını 8% artıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri mayda görüşəcəklər
Ağ Ev İsrail və Livanı sərhəddə vəziyyəti dərhal normallaşdırmağa çağırıb
Ağ Ev: “Crocus City Hall”da terror aktına görə yalnız İŞİD məsuliyyət daşıyır
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət