Aİ ölkələri indiyədək Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Azərbaycandan ümumilikdə 20 milyard kubmetrdən çox qaz alıb. Bu barədə “TAP AG” şirkətinin məlumatında deyilir.
“Bu yaxınlarda biz iki illik fəaliyyətimiz ərzində İtaliya, Yunanıstan və Bolqarıstana tədarük edilmiş (Azərbaycandan – İF) 20 milyard kubmetr qaz həddini aşdıq”, - deyə şirkətin “Twitter” hesabında qeyd olunur.
“İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, Azərbaycan qazının Avropaya ixracına 2020-ci il dekabrın 31-də başlanılıb.
2021-ci ildə Avropaya 8,2 milyard kubmetr, 2022-ci ildə 11,4 milyard kubmetr qaz ixrac edilib. 2023-cü ildə qaz ixracı təxminən 12 milyard kubmetr həcmində proqnozlaşdırılır.
TAP qaz kəməri “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından hasil edilən 10 milyard kubmetr təbii qazın Avropaya nəqlini nəzərdə tutur. Kəmərin ötürmə qabiliyyətinin 2027-ci ilədək ildə 20 milyard kubmetrə qədər artırılması planlaşdırılır.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət