Azərbaycan Xarici İşlər Nazirliyinin spikeri Ayxan Hacəzadə bəyan edib ki, cari il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə terror aktı zamanı İran polisi müdaxilə etməyib.
"Azərbaycanın Tehrandakı səfirliyinə hücum zamanı İran polisi terrorçunu zərərsizləşdirmək üçün heç bir addım atmayıb. Terrorçunun səfirliyimizə daxil olmaq üçün dəfələrlə etdiyi cəhdlərinə baxmayaraq, yerli polis bu terror hücumunun qarşısını almayıb", - Hacızadə bazar ertəsi keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, nəticə əldə etməyən, əlində avtomat, tapança və «Molotov kokteyli» ilə silahlanmış şəxs səfirliyin əməkdaşlarının ailə üzvlərinin yaşadığı mərtəbədəki mənzillərin pəncərələrinə atəş açaraq məqsədinə çatmağa çalışıb, daha sonra isə səfirliyin avtomobilini yandırmağa cəhd edib.
"40 dəqiqə davam edən cinayətə baxmayaraq, İran polisi onun qarşısını almaq üçün heç bir əməliyyat tədbiri görməyib. (…) Bütün bu faktlar bir daha sübut edir ki, bu hadisə planlaşdırılmış terror aktı olub", - Azərbaycan Xarici Işlər Nazirliyinin spikeri bildirib.
Hacızadə əlavə edib ki, bu terror aktı Azərbaycan-İran münasibətlərinin pisləşməsinə gətirib.
“Biz İrandan həmin terrorçuların cəzalandırılmasını tələb etdik. Lakin indiyə qədər İran heç bir anlaşılan cavab verməyib”, - o bildirib.
XİN-də brifinq zamanı həmçinin terror aktının qarşısının alınması zamanı yaralanan Azərbaycan səfirliyinin təhlükəsizlik xidmətinin əməkdaşları Mahir İmanov və Vasif Tağıyev ilə müsahibə nümayiş etdirilib. Onlar bəyan ediblər ki, hücum zamanı İran polisi hüç bir müdaxilə etməyib, xəstəxanalar isə onları qəbul etməyi rədd edib. Bundan əlavə, onlar vurğulayıblar ki, əgər terrorçu səfirliyin yaşayış mənzillərinə daxil olsaydı, o zaman qurbanların sayı daha artıq olardı, çünki hadisə qeyri-iş günü baş verib və həmin binada 6 ailə yaşayırdı.
O cümlədən, yaralılardan biri, Vasif Tağıyev qeyd edib ki, İran polisin nümayəndələri səfirliyin mühjafizə nümayəndələrinə yardım etmək xahiçinə heç bir reaksiya verməyiblər. Bunun əksinə olaraq, “Molotov kokteyli”ndən ehtiyatsız davranış nəticsində özünü alışdıran terrorçuya polislər dərhal müdaxilə ediblər.Həmçinin, Tağıyev bildirib ki, saxlandıqdan sonra terrorçu iki dəfə onu öldürməklə hədələyib və bu zaman İran polisi terrorçunu bu cür təhdidlərın qarşısnı almayıb.
Xəbər verildiyi kimi, cari il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı silahlı hücum həyata keçirilib. “Kalaşnikov” avtomatı ilə silahlanmış şəxs diplomatik miissiyanın təhlükəsizlik xidmətinin rəisinə atəş açaraq onu öldürüb. Silahlı hücumun qarşısının alınması zamanı daha iki nəfər əməkdaş yaralanıb. Hadisə araşdırılır.
Azərbaycan prezidenti İlham Əliyevin terror aktı adlandırdığı bu hadisədən sonra Azərbaycan hökuməti Tehrandakı səfirliyin bütün əməkdaşlarının və onların ailə üzvlərinin təxliyəsi barədə qərar qəbul edib. Təxliyə yanvarın 29-da baş tutub.
Hazırda Azərbaycanın Tehrandakı səfirliyi fəsaliyyətini dayandırıb.
İran hökuməti səfirliyə hücum edən şəxsin şəxsi səbəblərlə hərəkət etdiyini iddia edir. Bakıda, öz növbəsində bu versiyanı qəbul etmədiklərini bəyan ediblər. **
R.Kərimov
Şahbazov Astana Beynəlxalq Forumunda iştirak edəcək
Seulda Azərbaycan və Koreya arasında Hökumətlərarası Birgə Komissiyanın üçüncü iclası keçirilib
Yanvar-may aylarında BFB-də əqdlər üzrə dövriyyə 15%-dək azalıb
Azərbaycan hökuməti Naxçıvan iqtisadiyyatının zəif və güclü tərəflərini qiymətləndirib
Sumqayıtda yolların təmirinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Biznesinizin inkişafı üçün Yelo Bank-dan illik 5%-lə kredit
“İcazə” blanklarının alınması üçün onlayn müraciət xidməti istifadəyə verilib
Bank Respublika “Sədərək” ticarət mərkəzində yeni filialını açdı!
Yayda Bakıda beynəlxalq kənd təsərrüfatı konfransı keçiriləcək
31 may-3 iyun tarixlərində Bakıda “Caspian Oil&Gas” sərgisi keçiriləcək
Noyabrın sonunda Bakıda Beynəlxalq Bankçılıq Forumu keçiriləcək