Fevralın 15-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramı üzrə səfiri Kristina Yohannesson ilə görüşüb. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
“Görüş zamanı Şərq Tərəfdaşlığının cari vəziyyəti, xüsusilə enerji təhlükəsizliyi və alternativ enerji resurslarının inkişaf etdirilməsi daxil olmaqla, bir sıra istiqamətlərdə Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq məsələləri, bölgədə cari vəziyyət müzakirə olunub”, - deyə məlumatda bildirilib.
Bununla yanaşı, İsveçin Avropa İttifaqı Şurasına sədrliyi dövründə prioritetləri və bu çərçivədə həm İsveçlə, həm də Avropa İttifaqı ilə ölkəmiz arasında əməkdaşlıq məsələlərinə diqqət yetirilib.
Nazir Ceyhun Bayramov Avropa İttifaqı ilə bərabərhüquqlu tərəfdaşlıq və qarşılıqlı hörmət əsasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.
Eyni zamanda, nazir Azərbaycanın sülh gündəliyi, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi, Laçın yolu ətrafındakı hazırkı vəziyyət və bu çərçivədə ölkəmizin legitim tələbləri və təhlükəsizlik maraqları barədə qarşı tərəfi məlumatlandırıb. Ermənistanın sülh prosesinə və sülh sazişi üzrə danışıqlara yaratdığı maneələr diqqətə çatdırılıb.
Görüşdə, həmçinin digər ikitərəfli və regional aktual mövzular ətrafında fikir mübadiləsi aparılıb.*
R.Kərimov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət