İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti Rusiyada səfərdədir. Səfər çərçivəsində bir sıra görüşlər keçirilib, müzakirələr aparılıb.
İqtisadiyyat Nazirliyindən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib ki, Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaçla görüşdə Azərbaycan-Rusiya iqtisadi-ticarət əlaqələrinin hazırkı vəziyyəti və genişləndirilməsi istiqamətləri müzakirə olunub.
Azərbaycan nümayəndə heyətinin Rusiyanın sənaye və ticarət nazirinin müavini Aleksey Qruzdevlə görüşündə gəmiqayırma və metallurgiya sahəsində əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.
Rusiyaya səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Kazanda da olub.
Rusiya Federasiyası Tatarıstan Respublikasının başcısı (rəisi) Rüstəm Minnixanov nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycanın Rusiya Federasiyasının ayrı-ayrı regionları ilə qarşılıqlı faydalı əməkdaşlığı vurğulanıb, Tatarıstanla sənaye, innovasiyalar, kiçik və orta biznesin dəstəklənməsi və s. sahələrdə əlaqələrin inkişafı üçün geniş imkanların olduğu qeyd edilib, iqtisadi əməkdaşlığın gücləndirilməsi istiqamətləri müzakirə olunub.
Nümayəndə heyətinin Tatarıstanın sənaye və ticarət nazirliyinin nümayəndələri ilə keçirilən işgüzar görüşündə isə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi, sənaye zonaları sahəsində əlaqələrin genişləndirilməsi və s. barədə fikir mübadiləsi aparılıb.
Tatarıstan Respublikasına səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti əsası 2012-ci ildə qoyulan və xüsusi olaraq İT mütəxəssisləri üçün Rusiyada yaradılan ilk şəhər – İnnopolisin qabaqcıl innovativ texnologiyaları, “Ağıllı şəhər” konsepsiyasına əsaslanan infrastrukturu, eləcə də “Alabuqa” sənaye parkında istehsal prosesi, rezidentlər üçün yaradılmış şərait və investisiya mühiti ilə tanış olub.*
V.Əliyev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət