2022-ci ildə Azərbaycana 1 milyard 16 milyon 423,6 min kubmetr qaz idxal edilib ki, bu da 2021-ci ilin göstəricisindən 2 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
2022-ci ildə Azərbaycana idxal olunan qazın dəyəri $130 milyon 634,12 min (artım 6,7 dəfə) təşkil edib. Söhbət Dövlət Gömrük Komitəsi tərəfindən rəsmiləşdirilmiş həcmlərdən gedir.
Hesabat dövründə Azərbaycana qaz idxalının strukturunda $110 milyon 871,38 min dəyərində 857 milyon 66,65 min kubmetr qaz (84,3%) Türkmənistanın payına düşüb.
Rusiyadan $17 milyon 254,17 min dəyərində 93 milyon 265,8 min kubmetr, İrandan isə $2 milyon 508,56 min dəyərində 66 milyon 91,19 min kubmetr qaz idxal olunub.
2022-ci ilin dekabr ayında Azərbaycana qaz idxalı yalnız Rusiyadan həyata keçirilib.
2021-ci ildə idxalın bütün həcmi İranın payına düşüb.
Azərbaycan, İran və Türkmənistan arasında imzalanmış üçtərəfli sazişə əsasən 2022-ci ilin yanvar ayında Türkmənistan qazının İran ərazisindən Azərbaycana nəqlinə başlanılıb. Saziş Azərbaycana ildə 1,5-2 milyard kubmetr Türkmənistan qazının nəql edilməsini nəzərdə tutur.
2022-ci il iyunun əvvəlində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və İranın neft naziri Cavad Övci arasında Bakıda imzalanmış Anlaşma Memorandumuna əsasən İran ərazisi ilə Azərbaycana nəql olunan Türkmənistan qazının həcmi iki dəfə artırılacaq.
“Qazprom”a istinadən məlumat verilib ki, 2022-ci il noyabrın 15-də yeni qaz alqı-satqısı müqaviləyə əsasən Azərbaycana Rusiya qazının nəqli başlayıb. Sənəd “Qazprom eksport” ilə SOCAR arasında imzalanıb. Nəql 2023-cü ilin mart ayınadək həyata keçiriləcək. Tədarükün həcmi 1 milyard kubmetrədək təşkil edəcək.
Xəbər verildiyi kimi, 2021-ci ildə Azərbaycan və Rusiya təbii qazın mövsümi mübadiləsi sahəsində əməkdaşlığa dair razılığa gəliblər. Müqavilə yay mövsümündə Azərbaycandan Rusiyaya, həmçinin qış mövsümündə Rusiyadan Azərbaycana analoji həcmdə qazın tədarükünü nəzərdə tutur. Tədarük həcmi yay aylarında Azərbaycanda qaz hasilatı və istehlak səviyyəsindən asılı olacaq.Mexanizm tərəflər özünün neft-qaz infrastrukturunu optimal dərəcədə istfadə etməyə imkan yaradacaq. **
N.Abbasova
Nağıyev: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”
Bakı Rasmusseni NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə ittiham edir
Dövlət Xidməti və Macarıstan Rəqabət Qurumu arasında Anlaşma Memorandumu imzalanıb
Yanvar-fevral aylarında İstanbula turist axını 8% artıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri mayda görüşəcəklər
Ağ Ev İsrail və Livanı sərhəddə vəziyyəti dərhal normallaşdırmağa çağırıb
Ağ Ev: “Crocus City Hall”da terror aktına görə yalnız İŞİD məsuliyyət daşıyır
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır
Yelo Bank Xocavənddə yaşayan şəhid ailələrini Novruz sovqatları ilə sevindirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət