“AtaSığorta” şirkəti 2022-ci ili 574 min 354,53 manat məbləğində zərərlə başa vurub ki, bu da 2021-ci ilin göstəricisindən 3,9 dəfə azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
Şirkətin dərc edilmiş maliyyə hesabatına əsasən, hesabat ilində onun gəlirləri 11 milyon 75 min 961,09 manat, sığorta haqları 5 milyon 311,217 min manat (2021-ci illə müqayisədə azalma 2,3 dəfə - İF), investisiya gəlirləri 1 milyon 107,989 min manat təşkil edib, qalan gəlirlər digər maddələr üzrə əldə edilib.
2022-ci ildə “AtaSığorta”nın xərcləri 11 milyon 651 min 315,62 manat, o cümlədən sığorta ödənişlərinin həcmi 5 milyon 394,89 min manat (2021-ci illə müqayisədə azalma 36,8%), sığorta işinin aparılması xərcləri 4 milyon 460,463 min manat, təkrar sığortaya verilən risklər 1 milyon 262,037 min manat təşkil edib, qalan xərclər digər maddələrin payına düşüb.
2022-ci ildə şirkətin aktivləri 19% - 14 milyon 127,19 min manatadək, öhdəlikləri 1,8 dəfə - 5 milyon 105,834 min manatadək azalıb, kapitalı isə 9,4% - 9 milyon 21,356 min manatadək artıb.
Hesabat ilində şirkətin nizamnamə kapitalı 14,6 milyon manat səviyyəsində qalıb.
2022-ci ildə şirkətin banklarda yerləşdirilən depozitlərinin həcmi 24,8% - 4 milyon 618,336 min manata qədər artıb.
“AtaSığorta” şirkəti 2004-cü ilin sentyabr ayında fəaliyyət üçün lisenziya alıb.*
X.Nəsirzadə
Radev Bolqarıstanda daxili siyasi öhdəliklər səbəbindən Azərbaycana səfərini təxirə salıb
Bayramov Knyazevə Aİ-Ermənistan-ABŞ müştərək konfransı ilə bağlı Azərbaycanın mövqeyini ifadə edib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Netanyahunun ofisi: İsrail atəşkəslə bağlı HƏMAS ilə danışıqlar masasına qayıdacaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
İllik cəmi 5% kredit ilə biznesinizə parlaq dəstək
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət