NEQSOL Holding Novruz bayramı münasibətilə “YAŞAT” Fonduna 500000 AZN vəsait ayırıb. Holdinqin qərarı ilə məbləğin yarısı tərkibində olan Bakcell şirkəti tərəfindən ianə şəklində fondun hesabına köçürülüb. Vəsaitin digər yarısı isə NEQSOL Holding-in dəstəyi ilə “YAŞAT” Fondu tərəfindən bu il icra ediləcək xüsusi sosial layihələrə ayrılıb.
“YAŞAT” Fonduna köçürülən ianə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda mübarizədə yaralanaraq əlilliyi təyin olunmuş şəxslərin və şəhid ailəsi üzvlərinin müalicə və psixoloji dəstək, eləcə də təhsil xərclərinin maliyyələşdirilməsi və digər sosial ehtiyacları üçün nəzərdə tutulur.
Xüsusi layihələr çərçivəsində isə NEQSOL Holding-in maliyyə dəstəyi ilə “YAŞAT” Fondu tərəfindən 1000 nəfərdən çox məktəbli şəhid övladının bu ilin sentyabr ayında 1 illik müddət üçün məktəb ləvazimatları ilə təminatı və digər sosial layihələrin icrası da nəzərdə tutulur.
Beləliklə, 2021-ci ildən etibarən köçürülmüş ianələr və hazırkı məbləğ də daxil olmaqla, NEQSOL Holding-in qərarı ilə tərkibindəki Bakcell, Norm, Azerconnect və Nobel Energy şirkətləri “YAŞAT” Fonduna ümumilikdə 3,2 milyon AZN vəsait ayırıb.
NEQSOL Holding qarşıdan gələn Novruz bayramı münasibətilə bütün Azərbaycan xalqını təbrik edir, hər kəsə cansağlığı, xoşbəxtlik və firavan gələcək arzulayır.
NEQSOL Holding doqquz ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət