“FRR-2018” MMC “Daşkəsən” dəmir filizi ərazisində köməkçi binaların və infrastruktur tikililərin söküntü işlərinin satın alınması üzrə tenderin qalibi olub.
“İnterfaks-Azərbaycan” agentliyi www.etender.gov.az portalına istinadən xəbər verir ki, “AzerGold” QSC-nin törəmə şirkəti olan “Daşkəsən Dəmir Filiz” MMC şirkətlə 944,197 min manat məbləğində müvafiq müqavilə bağlayıb.
Xəbər verildiyi kimi, “Daşkəsən Dəmir Filiz” MMC "Daşkəsən" dəmir filizi sahəsindən hasil edilən dəmir filizi konsentratının istehsalı üçün infrastrukturun yaradılmasını 2025-ci ilin sonuna qədər başa çatdırmağı planlaşdırır.
“AzerGold”un qiymətləndirmələrinə görə, dəmir filizi yataqlarının istismara verilməsi ölkənin metallurgiya sənayesinin idxaldan asılılığını azaltmağa, 2035-ci ilədək ÜDM-yə təqribən $3,97 milyard (6 milyard manata yaxın) töhfə verməyə və dövlət büdcəsinə $290 milyon məbləğində (təqribən 493 milyon manat) vergi daxilolmalarını təmin etməyə imkan verəcək.
Dəmir filizi istehsalı zəncirinin yaradılması layihəsinin dəyəri ƏDV daxil 1.5 milyard manat ($882 milyon - İF) təşkil edir.
Cəmiyyətdə hesab edirlər ki, "Daşkəsən" filiz yataqlarının işlənməsi Azərbaycanda polad məmulatların istehsalına imkan verəcək, bunun üçün yüksək keyfiyyətli xammal tələb olunur və metal tullantılarından istifadə mümkün deyil.
“Daşkəsən” dəmir filizi sahəsi 1954-cü ildən 1994-cü ilə qədər intensiv olaraq istismar edilib. Bu müddət ərzində sahədən çıxarılmış dəmir filizi ehtiyatlarının miqdarı 92 milyon ton (ümumi ehtiyatların həcmi 350 milyon tondur) təşkil edib. 1994-cü ildən 1997-ci ilədək yataqda istismar işləri müəyyən fasilələrlə qismən aparılıb.
“Daşkəsən” dəmir filizi sahəsində 6 yataq mövcuddur: “Şimal-Şərq”, “Şimal-Qərb”, “Cənub-Şərq”, “Cənub-Qərb”, “Dəmirov”, “Dardərə”.
Prezident İlham Əliyev 2020-ci il avqust ayının 6-da “Daşkəsən dəmir filizi yatağının istismara verilməsi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.
“AzerGold” QSC Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb.
Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət