Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, Bakı İran XİN-in mətbuat katibi Nasir Kənaninin açıqlamasını pisləyir və bunu iki ölkə arasında münasibətlərin böhran vəziyyətinə salınmasında növbəti addım hesab edir.
Kənani bu gün keçirilən brifinqdə bildirib ki, Tehran Azərbaycan və İsrailin strateji tərəfdaşlıqla bağlı birgə planlarından narahatdır və Bakıdan izahat tələb edir. Onun sözlərinə görə, bu cür əməkdaşlıq İsrailin Azərbaycan ərazisində İrana qarşı hazırladığı “sui-qəsd”dir.
“Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun İsrail Dövlətinə səfəri çərçivəsində mətbuat brifinqinə istinadən İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənaninin martın 31-də açıqladığı iddialarla əlaqədar mətbuat katibinə tövsiyə edirik ki, nazir Ceyhun Bayramovun səsləndirdiyi fikirlərə diqqətlə qulaq assın. Ceyhun Bayramov İsrail xarici işlər naziri ilə mətbuat brifinqi zamanı İrana qarşı hər hansı bir mövqe səsləndirməyib. Bu xüsusda, İran Xarici İşlər Nazirliyi tərəfindən verilən bu açıqlamanı növbəti anti-Azərbaycan addım kimi qiymətləndiririk”, - deyə A.Hacızadə bildirib.
Onun sözlərinə görə, Azərbaycan öz ərazisindən üçüncü dövlətlərə qarşı istifadəyə heç zaman imkan verməyib.
“Bunun əksinə, son zamanlar İran ərazisindən Azərbaycana qarşı təhdidlər səsləndirilir və təxribatlara yol verilir. Bunlara misal olaraq, Azərbaycanın sərhədləri boyu İran tərəfindən hərbi təlimlərin keçirilməsini, sərhəd üzərindən hərbi uçuşların həyata keçirilməsini, İranın vəzifəli şəxsləri tərəfindən anti-Azərbaycan bəyanatların verilməsini, SEPAH kimi İranın təhlükəsizlik strukturları tərəfindən hətta uşaqları cəlb etməklə və Xudafərin körpüsünün yanında Azərbaycan əleyhinə təhdid dolu videoçarxların çəkilməsini və nümayişini, Azərbaycanın İrandakı səfirliyinə terror hücumunu, Milli Məclisin üzvü Fazil Mustafaya qarşı həyata keçirilmiş terror aktının istintaqının ilkin izlərinin İrana dəlalət etməsini göstərmək olar”, - deyə mətbuat katibi vurğulayıb.
O əlavə edib ki, bu gün İran-Ermənistan qardaşlığı bütövlükdə region üçün təhlükə olmaqda qalmaqdadır.
“Son 30 il ərzində İran faktiki olaraq səssiz razılığı ilə Ermənistanın Azərbaycan ərazilərinin işğalına göz yumub. Qarabağ və Şərqi Zəngəzurun işğal və talan edilməsinə, bu ərazilərdəki evlərdən sökülmüş daşların İran bazarlarında satılmasına, mövcud olmuş 67 məsciddən 65-nin dağıdılmasına və təhqir edilməsinə İran tərəfindən əhəmiyyət verilməməsi yaxşı məlumdur. Qeyd edilənlərlə əlaqədar mətbuat katibi Nasir Kənaninin açıqlamasını qətiyyətlə pisləyirik. Bu açıqlama Azərbaycan-İran münasibətlərinin böhran vəziyyətinə salınmasında növbəti addımdır”, - deyə A.Hacızadə bildirib.
O qeyd edib ki, İran tərəfinin bu təhdidləri Azərbaycanı heç zaman qorxuda bilməz. “Bundan sonra da Azərbaycana qarşı hər hansı bir təcavüzün və təxribatın qarşısı qətiyyətlə alınacaq”, - deyə mətbuat katibi əlavə edib.*
B.Rüstəmbəyov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət