“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici valyutada uzunmüddətli emitent defolt reytinqini (EDR) “BB+” səviyyəsində təsdiqləyib.
“İnterfaks-Azərbaycan” agentliyi “Fitch”in məlumatına istinadən xəbər verir ki, reytinq proqnozu müsbət olaraq təsdiqlənib.
“Fitch”in qiymətləndirmələrinə görə, reytinq Azərbaycanın çox güclü xarici balansı, aşağı dövlət borcu və suveren rifah fondunun iri aktivləri hesabına yüksək maliyyə çevikliyi ilə dəstəklənir.
Agentlik ölkə iqtisadiyyatının karbohidrogen sektorundan yüksək asılılığının davam etdiyini; bank sisteminin dollarlaşma səviyyəsinin yüksək olduğunu; iqtisadi siyasətin proqnozlaşdırılma səviyyəsinin qənaətbəxş olmamasını; Ermənistanla münaqişə riskinin olduğunu qeyd edir.
Müsbət proqnoz enerji daşıyıcılarının yüksək qiymətləri ilə əlaqədar xarici və fiskal rezervlərin güclənməsini, həmçinin xərclərin daha çox məhdudlaşmasını əks etdirir ki, bunlar da bərpa olunmuş büdcə qaydasının ardıcıl tətbiqi ilə möhkəmlənəcək.
“Fitch”in qiymətləndirmələrinə görə, yüksək neft və qaz qiymətləri Azərbaycanın suveren balansını daha da gücləndirir. “2022-ci ilin sonuna Azərbaycanın strateji ehtiyatları $58 milyard (2022-ci ildə +$5,9 milyard) səviyyəsində qiymətləndirilir, bunun 85%-ni Dövlət Neft Fondunun aktivləri təşkil edir. Azərbaycanın suveren aktivlər üzrə xalis mövqeyinin 2023-2024-cü illərdə 14,9 faiz bəndi - ÜDM-in 68,7%-nə qədər artacağını proqnozlaşdırırıq ki, bu da müqayisə olunan ölkələr qrupunda ən yüksək göstəricidir”, - deyə agentlik vurğulayır.
“Fitch” 2022-ci ildə 4,5 faiz bəndi – ÜDM-in 11,6%-dək azalmış Azərbaycanın ümumi dövlət borcunun 2024-cü ilin sonuna ÜDM-in 7,9%-ni təşkil edəcəyini proqnozlaşdırır.
Agentlik Azərbaycanın bank sektorunun göstəricilərinin stabil səviyyədə yaxşılaşdığını qeyd edir. 2022-ci ilin sonuna vaxtı keçmiş kreditlər 2,9% (2021-ci ilin sonuna 6,1%), birinci dərəcəli kapitalın adekvatlıq əmsalı 17,3% təşkil edir, əmanətlər və depozitlər üzrə dollarlaşma səviyyəsi 2020-ci ilin birinci yarısındakı 60,4%-dən 2022-ci ildə 48%-dək azalıb.
Bundan başqa, “Fitch” analitiklərinin fikrincə, bank sektorunda tənzimləyici tərəfindən nəzarət yaxşılaşır, lakin hələ də bir sıra çatışmazlıqlar mövcuddur.
Agentliyin qiymətləndirmələrinə görə, enerji daşıyıcılarının ucuzlaşması, iqtisadi siyasətin dəyişməsi Azərbaycanın kredit reytinqlərinin aşağı düşməsinə gətirib çıxara biləcək amillərdir.
Eyni zamanda, xarici balansın daha da güclənməsi – məsələn, enerji daşıyıcılarının yüksək qiyməti səbəbindən – Azərbaycanın iqtisadi siyasətinin səmərəliliyi və proqnozlaşdırılma qabiliyyəti ölkənin kredit reytinqinin yüksəlməsinə səbəb ola biləcək amillərdir.*
A.Əzizov
Nağıyev: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”
Bakı Rasmusseni NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə ittiham edir
Dövlət Xidməti və Macarıstan Rəqabət Qurumu arasında Anlaşma Memorandumu imzalanıb
Yanvar-fevral aylarında İstanbula turist axını 8% artıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Ağ Ev: “Crocus City Hall”da terror aktına görə yalnız İŞİD məsuliyyət daşıyır
Ağalarov: “Crocus City Hall”a bənzər konsert zalının tikintisi üçün ən azı $150 milyon lazımdır”
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır
Yelo Bank Xocavənddə yaşayan şəhid ailələrini Novruz sovqatları ilə sevindirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət