“Fitch Ratings” beynəlxalq reytinq agentliyi 2023-2024-cü illərdə Azərbaycanda ÜDM-in ildə orta hesabla 2,1% artacağını proqnozlaşdırır.
“İnterfaks-Azərbaycan” agentliyi “Fitch”in məlumatına istinadən xəbər verir ki, 2022-ci ildə Azərbaycanda ÜDM 4,6% (2021-ci ildə 5,9%) artıb. Ötən il qeyri-neft ÜDM-in artımı 9,1% təşkil edib, neft hasilatının 5,6% azalması nəticəsində neft ÜDM-i 2,7% azalıb ki, bu da qaz hasilatının 7,3% artması ilə qismən kompensasiya edilib.
Agentlik qeyd edir ki, 2022-ci ildə dövlət büdcəsinin profisiti gəlirlərin 27% artması hesabına 2 faiz bəndi artaraq 6%-ə çatıb. “Fitch” 2023-cü ildə dövlət büdcəsinin profisitinin ÜDM-in 4,8%-dək, 2024-cü ildə isə 4,2%-dək azalacağını proqnozlaşdırır.
“Fitch” qeyd edir ki, 2023-cü ilin fevral ayında Azərbaycanda inflyasiya (12 aylıq) 2022-ci ilin oktyabr ayındakı 15,6%-lik pik səviyyədən 14,1%-ə enib ki, bu da istehlak malları üzrə inflyasiyanın 4 faiz bəndi - 17,1%-dək azalması ilə əlaqədar olub.
“Fitch”in qiymətləndirmələrinə görə, 2023-cü ildə Azərbaycanda orta illik inflyasiya 10,3%-dək (2022-ci ildə 13,9% - İF), 2024-cü ildə 7,3%-dək azalacaq.
Azərbaycan hökuməti 2023-cü ildə ÜDM-in artımını 2,7%, 2024-cü ildə 4,1%, orta illik inflyasiyanı isə müvafiq olaraq 6,9% və 4,5% səviyyəsində proqnozlaşdırır.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət