Azərbaycan 2023-cü ilin yanvar-fevral aylarında 7 min 468,64 ton “Premium Euro-95” markalı avtomobil benzini idxal edib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 46% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
İdxal olunmuş “Premium Euro-95” markalı benzinin dəyəri $6 milyon 954,91 min (azalma 44,1%) təşkil edib.
İdxalın bütün həcmi Rusiyanın payına düşüb. 2022-ci ilin yanvar-fevral ayları ilə müqayisədə Rusiyadan idxal miqdar ifadəsində 4,2%, dəyər ifadəsində 6,7% artıb.
2022-ci ilin yanvar-fevral aylaında Azərbaycan “Premium Euro-95” markalı benzini əsasən Rumıniyadan idxal edib.
2023-cü ilin yanvar-fevral aylaında Azərbaycana “Super Euro-98” markalı benzin idxalı $343,66 min (аrtım 17,4%) dəyərində 280,29 ton (аrtım 4,9%) təşkil edib. Həmçinin, hesabat dövründə Rusiyadan $287,85 min dəyərində 234,77 ton benzin, Rusmıniyadan $55,81 min dəyərində 45,52 ton benzin idxal edilib.
Azərbaycan 2022-ci ildə $102 milyon 540,18 min dəyərində (azalma 7,7%) 99 min 490,98 ton “Premium Euro-95” markalı avtomobil benzini (azalma 32,5%) idxal edib. İdxalın 73,4%-i Rusiyanın payına düşüb.
2022-ci ildə Azərbaycana $2 milyon 52,49 min dəyərində (azalma 14,3%) 1 min 670,95 ton (azalma 37,8%) “Super Euro-98” avtomobil benzini idxal edilib.
“Premium Euro-95” və “Super Euro-98” markalı benzin növlərinin Azərbaycana idxalına 2014-cü il aprelin 1-dən başlanılıb.
Hazırda daxili bazarda “Premium Euro-95” markalı benzinin 1 litri 2 manat, “Super Euro-98” markalı benzinin 1 litri isə 2,3 manat təşkil edir.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət