Bazar ertəsi neftin qiyməti dünya maliyyə böhranın dərinləşməsinə dəlalət edən bütün yeni məlumatlar fonunda ucuşlamaqda davam edir. Bazar iştirakçılarının fikrincə, böhran xammala tələbatın azalmasına səbəb ola bilər.
Bazar ertəsi Hyu-York əmtəə birjasının elektron sistemində (NYMEX) noyabr ayına olan fyuçers müqavilələrində WTI markalı neftin bir barelinin qiyməti 2,4% ucuzlaşaraq $91,6 təşkil edib. Bu barədə “Bloomberg” agentliyi məlumat verib.
Ötən həftə ərazində Nyu-Yorkda neftin qiyməti 12% ucuzlaşaraq cümə günü hərraclar bağlanarkən bir barel üçün $93,88 təşkil edib.
Bazar ertəsi qızıl, gümüş, mis, sink və alüminiumun qiymətində də ucuzlaşma qeydə alınır. 19 əsas xammal məhsulunun qiymətindəki dəyişiklikləri nəzərə alan Reuters/Jefferies indeksi ötən həftə ərzində 10% aşağı düşüb. Bu, 1956-cı ildən qeydə alınan rekord göstəricidir.
Statistik məlumatlar iqtisadi problemlərin artdığını da göstərir. Sentyabr ayında Amerikada iş yerlərinin sayı 2003-cü ildən bu tərəfə rekord dərəcədə azalıb. Bundan əlavə, dünyada bir neçə bank iflas həddinə çatıb. Bazar iştirakçıları “Polson planının” Amerikada uzunmüddətli ressesiyadan yayınmağa imkan verəcəyinə inanmırlar.