1. Lotereya təşkilatçısı
1.1. Grupul Proiectelor Inteligente MMC
1.2. Ünvan. Azərbaycan Respublikasında, Bakı ş., Cəfər Cabbarlı küçəsi 40
1.3. VOEN 1302273381
2. Lotereyanın keçirilmə yeri
2.1. Tirajlı Stimullaşdırıcı Lotereya (bundan sonra - lotereya)Grupul Proiectelor Inteligente MMC (bundan sonra Təşkilatçı) tərəfindən Azerbaycan Respublikasının ərazisində keçirilir.
2.2. Lotereya Azərbaycan Respublikasının ərazisində bu şərtlərə müvafiq olaraqlotereyada iştirak edən Western Union Agentlərinin (bundan sonra bank operatorları) yerləşdiyi yerlərdə təşkil olunacaq və həyata keçiriləcək.
2.3. Agentlər (bank operatorları):Western Union Finacial Services GmbH və tərəfdaşların yerləşdiyi yerlər: Parabank, DemirBank, Expressbank, Bank Silk Way, GünayBank, Azərbaycan Sənaye Bankı.
3. Lotereyada iştirak şərtləri
3.1. Lotereyanın keçirilmə müddətində Western Union® Money TransferSM xidmətlərindən pulu alan və ya göndərən kimi hər bir şəxsə bank operatorlarındanüzərində təsdiqləyici möhür vurulmuş kupon alacaq.
3.2. Kuponda möhür üçün xüsusi yer ayrılmışdır. Lotereyada iştirak etmək üçün iştirakçı kuponu doldurmalıdır və kuponu bank operatoruna təqdim etməlidir. Bank Operatoru kuponunu üzərinə möhür vurmalı, pul köçürməsinin son 3 rəqəmini kuponun üzərində yazmalı (MTCN) və xüsusi ayrılmış boş xanada tarixi qeyd etməlidir. Bank Operatoru kuponun üzərinə möhürüyalnız pul köçürməsi yoxlandıqdan və tələb olunan bütün məlumat qeyd olunduqdan sonra vurmallıdır. Kupon iki hissədən ibarətdi. Bir hissəsi bank operatorunda saxlanılır, digər hissəsi iştirakçıda qaytarılır.
3.3. Operator kuponu özündə saxlamalıdır. Toplanan bütün kuponlar „Xoşbəxt kupon” oyununda iştirak edəcəklər.
3.4. Kuponun üzərində Western Union vasitəsilə pul köçürmələri üçün ən azı bir möhür vurulmalıdır.
3.5. Lotereyada iştirak etmək üçün İştirakçıdan tələb olunan məlumat: adı, soyadı, ünvanı (küçə, nömrəsi, bina, ev, yerləşdiyi yer) və telefon nömrəsidir.
3.6. Lotereyada 18 yaşına çatmış və yaşayış yeri Azərbaycan Respublikasında olan bütün şəxslər iştirak edə bilər. Lotereya təşkilatçısının, Western Union şirkətinin işçiləri, və ya lotereyanın keçirilməsində iştirak edənBank Operatorlarının işçiləri, habelə onların ailə üzvləri (övladları, valideynləri,və ya həyat yoldaşları) lotereyada iştirak edə bilməzlər.
3.7. İştirakçılar bu Şərtlərlə tanış olmalı və qəbul etməlidirlər. İştirakçılarbu Şərtləri ilə razılaşmadıqda, lotereyaya qatılmamalıdırlar.
4. Lotereyanın keçirilmə müddəti
4.1. 15.04.2011 – 15.07.2011-ci il
4.2. 1-ci tiraj - 15 iyun 2011-ci il
4.3. 2-ci tiraj - 27 iyul 2011-ci il
5. Uduş Fondu
5.1. Xoşbəxtkuponuduşları (10 uduş x 1000 AZN), ümumilikdə 10.000 (on min) manat
5.2. 1-ci tiraj üzrə - 5x1000 manat – cəmi 5000 (beş min) manat
5.3. 2-ci tiraj üzrə - 5x1000 manat – cəmi 5000 (beş min) manat
6. Tiraj Komissiyası
6.1. Lotereya zamanı uduş fondunun qanunverciliyə uyğun olaraq oynanılmasını təmin edən Titaj Komissiyası „Lotereyalar haqqında” Azərbaycan Respublikası Qanunun 6-ci maddəsinə uyğun olaraq formalaşdırılır və fəaliyyət göstərir.
7. Uduş fondunun oynanılması
7.1. Lotereyanın qalibləri tirajli lotereya üsulu ilə müəyyənləşdirilir.
7.2. Tirajların tarixləri:
7.2.1 „Xoşbəxt kupon-1”: 15 iyun 2011-ci il, 15.04.2011 – 31.05.2011 tarixləri arasında möhürlənmiş bütün etibarlı kuponlar üçün. Oyun zamanı 1000 AZN məbləğində „xoşbəxt kupon uduşları”-nin 5 qalibi müəyyən olunacaq.
7.2.2. „Xoşbəxt kupon-2”: 27 iyul 2011-ci il, 15.04.2011 – 15.07.2011 tarixləri arasında möhürlənmiş bütün etibarlı kuponlar üçün.Oyun zamanı 1000 AZN məbləğində „xoşbəxt kupon prizləri”-nin 5 qalibi müəyyən olunacaq.
7.3. Kuponların çıxarılması əl vasitəsilə Təşkilatçının Bakı ş., Cəfər Cabbarlı küçəsi 40 ünvanında yerləşən baş ofisində, Tiraj Komissiyasının üzvlərinin iştirakı ilə keçiriləcək.
7.4. Tirajda yalnız aşağıda qeyd olunan tələblərə eyni zamanda və aydın şəkildə uyğun gəldiyi təqdirdə etibarlı sayılan kuponlar iştirak edirlər:
7.4.1. kupon üzərində xüsusi ayrılmış yerə möhürlənmiş kuponlar;
7.4.2. Bank operatoru tərəfindən möhürlənmiş kuponlar;
7.4.3. xüsusi ayrılmış xanalara yer, şəxsiyyəti təsdiq edən məlumat və köçürmənin yoxlanması üçün tələb olunan ətraflı məlumat doldurulduqda;
7.4.4. üzərində iştirakçının şəxsi məlumatı doldurulmuş: adı, soyadı, ünvanı (küçə, nömrəsi, bina, mənzil, yerləşdiyi yer), telefon nömrəsi olduqda;
7.4.5. dəyişiklik edilmiş, saxta və ya üzü çıxarılmış kuponlar lotereyadaiştirak edə bilməzlər.
7.5. Yalnız 15 aprel – 15 iyul 2011-ci il tarixləri arasındakı müddət ərzində möhürlənmiş kuponlar lotereyada iştirak edə biləcəklər.
7.6. Tiraj zamanı ilk öncə 1000 AZN məbləğində əsas uduş qalibləri müəyyən olunacaq. Qaliblər müəyyən olunduqdan sonra 3 ehtiyat iştirakçı da müəyyən olunacaq.
7.7. Ehtiyat iştirakçılardan qaliblərdən biri və ya bir neçəsi hazırkı Şərtlərdə qeyd edilmiş tələblərə uyğun gəlmədiyi və ya onları pozduğu hallarda istifadə olunacaq. Ehtiyat iştirakçılar ilkin qaliblərin çıxarılması qaydasında istifadə olunacaq.
7.8. Tiraj ictimai tədbir şəklində təşkil olunacaq. İstədikdə hər hansı şəxs bu tədbirlərin hər hansında iştirak edə bilər. Belə tələb yazılı şəkildə tədbirdən ən azı 48 saat öncə Azərbaycan Respublikasında, Bakı ş., Cəfər Cabbarlı küçəsi 40 ünvanına göndərilməlidir.
8. Qaliblərin uduşa rəsmiləşdirilməsi
8.1. Udmuş kupon hazırkı Şərtlərdə müəyyən edilmiş meyarlara müvafiq olaraq təsdiq olunarsa və qalibin müvafiq olması elan olunarsa, qalibə bildirişin verilməsi və təsdiqlənmənin qəbulu Təşkilatçının bir nümayəndəsi tərəfindən qaliblər təsdiq olunduğu gündən etibarən 10 iş günü ərzində telefon vasitəsilə həyata keçirilməlidir.
8.2. Udmuş kuponun pul köçürməsinə uyğun olmadığı və ya kuponun və ya onun üzərindəki şəxsi məlumatın müvafiq pul köçürməsini həyata keçirənə və ya alana aid olmadığı aşkar olunarsa həmin kupon üzrə uduşları almaq üçün müvafiq olmadığı elan olunacaq. Kuponun yoxlanması və təsdiq olunması üçün məsuliyyəti Təşkilatçı və ya Bank operatorları öz üzərlərinə götürürlər.
8.3. Qaliblə telefon vasitəsilə əlaqə yaratmaq mümkün olmadıqda, ona məlumat qaliblər təsdiq olunduğu gündən etibarən 30 gün ərzində Təşkilatçı tərəfindən göndərilən sifarişli məktub vasitəsilə veriləcək. Bu məktubda həmçinin qaliblərə uduşların əldə etmələri üçün lazım olan ətraflı məlumat veriləcək (tarix, prosedur və s.).
8.4. Uduşlar üçün ən gec 30 noyabr 2011-cu ilə kimi müraciət etmək olar.
8.5. Qaliblərə bildirişlərin verilməsi və qalib iştirakçılara uduşların təqdim olunması,uduşlar Western Union Financial Services GmbH tərəfindən təsdiq olunduqdan və buŞərtlərə,həçininmövcud qanunvericiliyə müvafiq olaraq həyata keçiriləcək.
8.6. Uduşlaryalnız qalib tərəfindən şəxsiyyət vəsiqəsi və ya qanunvericilikdə nəzərdə tutulan şəxsiyyəti təsdiq edən digər sənədlər təqdim olunduğu təqdirdə veriləcək.
8.7. Qalib ölkədə olmadığı və lotereyanın sonuna kimi ölkəyə qayıtmadığı hallarda və ya xəstəlik səbəbindən tədbirlərdə iştirak edə bilmədiyi hallarda uduşlar notarius tərəfindən vəkalətnamə verilmiş yaxın qohumlar tərəfindən, vəkalət verilən şəxs öz şəxsiyyət vəsiqəsini təqdim etdiyi təqdirdə alına bilər.
8.8. Azərbaycan Respublikasının qanunlarına müvafiq qaydada, qaliblər yerli qəzetlərdə reklam və rəy və fikirlərini bildirmələri məqsədilə müsahibələr verə bilərlər.
8.9. Uduşlar təltif edildikdən sonra Təşkilatçı qalibin hazırkı Şırtlərdə müəyyən edilmiş qaydalara uyğun gəlmədiyini və ya bu tələbləri pozduğunu müəyyən edərsə, Təşkilatçı qalibə verilən hüquq və faydalara xitam vermək hüququnu qoruyub saxlayacaqdır, bu zaman Təşkilatçı bu qalibə heç bir zərərlərin təzminatı və ya ödəniş öhdəliyini daşımayacaq. Təşkilatçı belə halları uduşlar artıq verildikdən sonra müəyyən edərsə, həmin qalib Təşkilatçıya uduşun qiymətini və Təşkilatçının uduşla bağlı çəkdiyi aidiyyatlı xərclərini geri ödəməlidir.
8.10. Uduşlaryalnız Təşkilatçının çap etdirdiyi və üzərlərində bank operatorların adları və nişanları, möhürləri ilə təsdiq olunmuş və stimullaşdırıcı lotereyanın Şərtlərinə müvafiq olan kupon qarşılığında təqdim olunacaq. İştirakçı tərəfindən Kuponun onda qalan hissəsi itirlidiyi halda, iştirakçının eyniləşdirməsi həyata keçiriilir.
8.11. Şərtlərdə nəzərdə tutulmuş uduşlarldan artıq uduşlar verilməyəcək.
8.12. Bütün kuponlar oynadıldıqdan sonra etibarsız sayılacaqlar.
8.13. Kuponu doldurmaqla, imzalamaqla və lotereyada iştirak etməklə, iştirakçılar onların şəxsi məlumatının Təşkilatçı tərəfindən işlədilməsinə və Western Union Services şirkətinə münasibətdə birbaşa marketinq kampaniyalarının aparılması üçün istifadəsinə razılıqlarını bildirmiş olurlar.
8.14. Bu lotereyanın müddətində toplanmış şəxsi məlumat üçüncü tərəflərə açıqlanmayacaq, ancaq operatorun tətbiq edilən qanunvericiliyə riayət etməsi və ya promouşn kampaniyasının məqsədlərini yerinə yetirməsi üçün tələb olunan hallar istisna təşkil edəcək.
8.15. Bu lotereyada Təşkilatçı ilə iştirakçılar arasında baş verən hər hansı mübahisələr qarşılıqlı razılıq yolu ilə həll olunacaq və ya bu mümkün olmadıqda belə mübahisələr qanunvericiliyə uyğun həll olunacaq.
9. Lotereyanın Şərtləri barədə məlumatlandırma qaydası və üsulu
9.1. Tirajın nəticələri barədə məlumat kütləvi informasiya vasitələrində (KİV) dərc ediləcək.
9.2. Lotereyanın Şərtləri, Lotereya barədə elan verilməsi və Lotereya ilə əlaqədar reklam xaraterli materiallar kütləvi informasiya vasitələrində (KİV) dərc ediləcək.
9.3. Əlavə məlumat üçün Lotereyanın keçirildiyi müddət ərzindəBakı ş., Cəfər Cabbarlı küçəsi 40 ünvanına müraciət etmək olar.
10. Digər məsələlər
10.1. Lotereyada iştirak etməklə Lotereyanın İştirakçısı mövcud Şərtlərlə tanış olub onlarla tam razılaşması faktını təsdiq etmiş olur və bu Şərtləri yerinə yetirmək öhdəliyini üzərinə götürür.
10.2. Daha ətraflı məlumat üçün bu Kampaniya ərzində Azərbaycan Respublikasında, Bakı ş., Cəfər Cabbarlı küçəsi 40 ünvanına müraciət etmək olar.