Azərbaycan Dövlət Neft Fondu (ARDNF) yaxın vaxtlarda ABŞ Ticarət və İnkişaf Agentliyi ilə («USTDA») İnstitusional İnkişaf Fondu layihəsinin ikinci mərhələsi üzrə qrant sazişi imzalamaq niyyətindədir.
«Artıq bütün məsələlər əməli olaraq həll olunub və biz yaxın vaxtlarda sazişin imzalanacağını gözləyirik. Qrantın məbləği $800 min təşkil edir», - deyə Fondun icraçı direktoru Şahmar Mövsümov cərşənbə axşamı mətbuat konfransında bəyan edib.
Layihənin ikinci mərhələsi də eynilə “Overture Financial Services” (OFS) şirkəti tərəfindən reallaşdırılacaq. Bu mərhələ çərçivəsində şirkət mühasibat qeydiyyatı sisteminin təkmilləşdirilməsi, investisiya portfelinin idarə olunması və gəlirliliyin qiymətləndirilməsi sisteminin yaradılması üçün şirkətin və ya İT sistemlərinin seçimi, eləcə də xarici investorlar tərəfindən idarə olunma və risklərin qiymətləndirilməsi üzrə konsultativ xidmətlər göstərəcək.
«USTDA»-nın $1,091 mln. məbləğində olan birinçi qrantı çərçivəsində “OFS” şirkəti tərəfindən fondun fəaliyyətində risklərin qiymətləndirilməsi üzrə məsləhətlər hazırlanıb, fondun vəsaitlərindən əldə olunan gəlirlərin qiymətləndirilməsinin ölçüləri, fondun aktivlərinin qeydiyyatı üçün proqram təminatının alınması və istifadəsi, hüquqi və digər sahələrdə işlərin istiqamətləri müəyyən edilib.
ARDNF Azərbaycan prezidentinin1999-cu il 29 dekabr fərmanı ilə təsis edilib. O, dövlət başçısına hesabat verən büdcədənkənar dövlət institutudur. Fondun gəliri neft müqavilələrinin reallaşması, dövlət mənfəət neftinin satışı, neft və qazın ölkə ərazisi boyunca nəqlinə görə tranzit tariflərinin toplanması, həmçinin dövlət icarəsi hesabına əldə olunur.