İnsan haqqları üzrə müvəkkil Elmira Süleymanova bu günlərdə həbs olunmuş deputat Hüseyn Abdullayevlə görüşüb. Bu barədə ombudsman aparatının cümə axşamı yaydığı məlumatda bildirilir.
Məlumatda deyilir ki, görüş zamanı H.Abdullayev barəsində seçilmiş həbs-qəti imkan tədbirindən narazılığını bildirib və məsələ ilə bağlı apellyasiya şikayəti verdiyini deyib. O, həmçinin səhhətində problemlərin olduğunu bildirərək, ssaxlanma şəraitinin öyrənilməsini ombudsmandan xahiş edib.
E.Süleymanova məsələ ilə bağlı baş prokurora müraciət edib.
H.Abdullayev deputatlıq toxunulmazlığının ləğvindən sonra martın 19-da xuliqanlıq və adam döymək maddələri ilə həbs olunub.