İsrailin “Oil Refineries Ltd.” şirkəti Novorosiysk limanından yola salınan “REBCO” markal neftin iyun partiyasını alıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ARDNŞ-dən məlumat verilib.
2,2 mln. barel neftin olduğu bu partiya 3 mərhələdə - 1 mln. barel 15-16 iyunda, 600 min barel 24-25 iyunda, 600 min barel isə 29-30 iyun tarixlərində yola salınacaq.
ARDNŞ neftinin yanvar partiyasını İsveçrənin “Sun Oil”, fevral partiyasını Britaniyanın “Glencore Energy”, mart partiyasını “REOC Ltd.”, aprel partiyasını “Glencore Energy”, may partiyasını isə “Sun Oil” şirkətləri alıb.
2006-cı ildə ARDNŞ neftinin 8 partiyasını Novorosiysk limanından “Glencore”, 3 partiyasını “REOC”, hər biri ayrı-ayrı olmaqla 1 partiyasını “Tauras”, “Select”, “Vitol” və “Sun Oil” şirkətləri alıb.