Küveyt və Bəhreynin xarici işlər nazirləri şeyx Məhəmməd əs-Sabah və Xalid əl-Xəlifə iyunun 7-9-da Azərbaycana rəsmi səfər edəcəklər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan XİN-in mətbuat katibi Xəzər İbrahim məlumat verib.
Onun sözlərinə görə bu səfərlərin vaxtının üst-üstə düşməsinə baxmayaraq, onların proqramları xeyli fərqlidir. Bununla yanaşı, X.İbrahim proqramların hələ hazır olmadığına bildirərək, təfərrüatları açıqlamayıb.
XİN başçılarının Bakıya səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşərək, ikitərəfli əməkdaşlığın inkişaf yollarını, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət məsələlərini müzakirə edəcəklər.