Amerikanın Mayami şəhərində 30-a yaxın ölkə ekspertlərinin iştirakı ilə ötən il ABŞ və Rusiya prezidentləri tərəfindən elan edilən nüvə terrorizmi aktları ilə mübarizə üzrə qlobal təşəbbüs çərçivəsində konfrans keçirilib. Görüşün iştirakçıları və qonaqlar çərşənbə günü nüvə terrorçuları qrupunun zərərsizləşdirilməsi üzrə əməliyyatın təqlidinin şahidləri olublar. Amerika polisinin seçmə hissələri guya atom qurğusuna malik olan cinayətkarların gizləndikləri evi hücumla ələ keçiriblər. Eləcə də bu tapşırığı uğurla yerinə yetirən xüsusi robot da nümayiş etdirilib.
FTB-nun mətbuat katibi Cudit Oriulenin sözlərinə görə "bizə terrorçuların istənilən nüvə silahını ələ keçirmək və onu tətbiq etmək niyyətləri məlumdur. Ona görə də göstərilən ssenari real ola bilər. Lakin biz hadisələrin belə inkişafının qarşısını almaq üçün əlimizdən gələni edəcəyik ".