Polşa prezidenti Lex Kaçinski iyunun 19-da Bakıda keçiriləcək GUAM sammitində iştirak edəcək. Bu barədə Polşanın Azərbaycandakı səfirliyinin bazar ertəsi yaydığı məlumatda deyilir.
Bakıya səfəri çərçivəsində Polşa liderinin öz həmkarları ilə bir sıra ikitərəfli görüşləri planlaşdırılıb. Xüsusilə o, Azərbaycan prezidenti İlham Əliyev, Gürcüstan prezidenti Mixail Saakaşvili, Litva prezidenti Valdas Adamkus, Ukrayna prezidenti Viktor Yuşenko, eləcə də Moldovanın baş naziri Vasili Tarlevlə danışıqlar aparacaq.
Məlumata görə, iyunun 18-də Polşa+GUAM formatında ayrıca görüş keçiriləcək.