Azərbaycanın dövlət büdcəsinin profisiti 2007-ci ilin yanvar-aprel aylarında 563,4 mln. manat və ya ÜDM-in 8,2%-ni təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Maliyyə Nazirliyindən məlumat verilib.
“Bu ilin yanvar-aprel aylarında dövlət büdcəsinin gəlirləri 1 mlrd. 869,1 mln. manat, xərcləri isə 1 mlrd. 305,7 mln. manat olub. Beləliklə, hesabat dövründə dövlət büdcəsinin kəsiri 563,4 mln. manat və ya ÜDM-in 8,2%-ni təşkil edib”, - deyə nazirliyin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, 2006-cı ilin yanvar-aprel ayları ilə müqayisədə büdcə gəlirləri 73,3%, xərcləri isə 43,4% artıb.
Mayda edilmiş düzəlişlər nəzərə alınmaqla, dövlət büdcəsinin gəlirləri 5 mlrd. 770,9 mln. manat, xərcləri 6 mlrd. 314,9 mln. manat, kəsiri isə 544 mln. manat və ya ÜDM-in 2,4%-i səviyyəsində təsdiqlənib.