GUAM təşkilatı hazırkı mərhələdə yeni üzvlərin hesabına genişlənməyi planlaşdırmır. Bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov bildirib.
“GUAM ölkələri keyfiyyət, maraq və qarşılarında duran problemlərin oxşarlığı səbəbindən birləşib. Bu qrupun mütləq genişlənmə prinsipi ilə inkişafı düzgün olmazdı”,-deyə A.Əzimov jurnalistlərə məlumat verib. “Heç kim yeni üzvlərin ardınca qaçmır, heç kim yeni üzvlərin qəbulu yolu ilə GUAM-ın inkişafının mümkünlüyünə inanmır. Çünki GUAM artıq özü-özlüyündə mükəmməldir, onun tərəfdaşları var və bu tərəfdaşlıq şəbəkəsinin inkişafı, fikrimcə, daha faydalı və sərfəlidir”,-deyə diplomat vurğulayıb. O qeyd edib, təşkilatın bugünkü sistemində tərəfdaşlar qismində bir neçə dövlət və beynəlxalq təşkilat iştirak edir.
“Onların hamısı GUAM ilə sıx əlaqə saxlayır. Bəziləri- Polşa, ABŞ və Yaponiya təşkilatla daha sıx əlaqə
Digərləri də nəticədə daha yaxın olacaq. Məsələn, Rumıniya bu gün çox böyük maraq göstərir. Odur ki, “GUAM+1” formatında tərəfdaşlığın inkişafı, fikrimcə, böyük imkanlar açır. Ancaq gələcəkdə üzvlüyün inkişafı da istisna olunmamalıdır”,-deyə nazir müavini vurğulayıb.