Planetdə 2 mlrd. nəfər və ya sakinlərin üçdə bir hissəsi səhralaşmanın nəticələrinin potensial qurbanlarıdır. Bu barədə BMT-nın mənzil qərargahının təqdim etdiyi məruzədə deyilir.
Əgər qlobal istiləşmə və torpaqların yaxşılaşdırılması ilə mübarizəyə yönəlmiş tədbirlər görülməsə, o zaman yaxın 10 il ərzində təxminən 50 mln. nəfər torpağın münbit laylarının itirilməsi ilə əlaqədar öz evlərini tərk edərək başqa rayon və qitələrə köçməyə məcbur olacaq”, - dyə ekspertlər qeyd edirlər.
Məruzə müəllifləri xəbərdarlıq edirlər ki, torpağın münbit qatlarının korlanması və səhralaşma beynəlxalq sabitlik üçün təhlükəlidir. Bu hallar əhalinin yoxsullaşmasına, məcburi miqrasiyaya və münaqişələrin qızışmasına səbəb olacaq.
“Ekspertlər hökumətlərə bəlanın gəlməsini gözləməməyi, əksinə, təcili surətdə torpaqdan istifadə sahəsində islahatlar aparmağı və torpaqların bərpası istiqamətində tədbirlər görməyi təklif edir”, - deyə BMT-nin xəbərlər xidməti cümə günü məlumat verir.