Azərbaycanın hüquq-mühafizə orqanları ölkə vətəndaşının qətlində şübhəli bilinən Türkiyə vətəndaşını saxlayıb.
“İnterfaks-Azərbaycan” agentliyinə DİN mətbuat xidmətindən verilən məlumata görə istintaq müəyyən edib ki, Türkiyə vətəndaşı Xəzər Ersin Mahmut Nərimanoğlu məişət zəminində baş verən münaqişədə Bakı şəhər sakini Azər Xəlilova bıçaq zərbəsi vurub. Zərərçəkən xəstəxanaya çatdırılsa da bir qədərdən sonra vəfat edib.
Qətldə şübhəli bilinən türk saxlanılıb.
Hadisə iştirakçıları Yasamal rayonundakı 20 saylı orta məktəbdə təmir-bərpa işləri görürmüş.