“Əmrahbank” Səhmdar Bankı 2007-ci ilin İ yarısında aktivlərini 35,1% artıraraq 40,2 mln. manata çatdırıb. Bu barədə bankın məlumatında bildirilir.
Bankın kredit portfeli 15,6% artaraq 2007-ci il iyulun 1-də 27,7 mln. manat təşkil edib.
Əhalinin “Əmrahbank”da əmanətləri 19,7 mln. manat (artım 21,46%) təşkil edib.
“Əmrahbank”ın məcmu kapitalı 12,5 mln.manata çatıb (artım 37,5%), ödənilmiş nizamnamə kapitalı 8,18 mln. manat təşkil edib (artım 20,7%).
Bankın xalis mənfəəti 3,5 mln. manat təşkil edib.
2007-ci ilin birinci yarısında “Əmrahbank” Gəncə və Şəmkirdə iki regional filialını açaraq onların sayını 22-yə çatdırıb.
“Əmrahbank” 2006-cı ilin yekunlarına əsasən “İnterfaks-İAM”ın hazırladığı “İnterfaks-1000”: MDB bankları” renkinqində aktivlərinin həcminə görə MDB bankları arasında 855-ci, Azərbaycan bankları sırasında 19-cu yeri tutub.