Gəncəbank ASC 2007-ci ilin I yarısında aktivlərini 24,5% - 22,154 mln. manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
I yarımildə bankın kredit portfeli 20,8% - 19,275 mln. manata qədər artıb. İstehlakçı kreditlərin payına 5,360 mln. manat düşüb.
Bankın ümumi öhdəlikləri 56,5% artaraq 10,356 mln. manat təşkil edib.
Cəlb olunmuş depozitlərin həcmi 2 mln. 024,4 min manata bərabər olub, əhalinin əmanətləri isə 1877,5 min manata (75,1% artım) çatıb.
Gəncəbankın məcmu kapitalı 4,6%-11,528 mln. manatadək artıb, ödənilmiş nizamnamə fondu isə 10 mln manat (dəyişməyib) təşkil edir.
Bankın xalis mənfəəti 784,84 min manata bərabər olub.
Gəncəbank ASC 1994-cü ildə yaradılıb. Bankın təsisçiləri Azərbaycanın 1 hüquqi və 8 fiziki şəxsidir.
Gəncəbank baş ofisə (Gəncədə yerləşir) malik yeganə bankdır və 2 filialı var.
Gəncəbank 2006-cı ilin yekunlarına əsasən “İnterfaks İAM”-ın hazırladığı “İnterfaks-1000”: MDB bankları renkinqində aktivlərinin həcminə görə MBD bankları sırasında 965-ci, Azərbaycan bankları sırasında 24-cü yeri tutub.