Azərbaycanın cənubunda hərbçilərin olduğu yük maşınının aşması nəticəsində bir nəfər həlak olub. Bu barədə çərşənbə günü “Lider” telekanalı məlumat yayıb.
Yol-nəqliyyat qəzası Lənkəran rayonunda baş verib. İnsident nəticəsində maşında olan 10 hərbçidən biri hadisə yerində həlak olub, qalanları müxtəlif dərəcəli xəsarət alıb. Hazırda zərərçəkənlərə lazımi tibbi yardım göstərilir, onların bəziləri xəstəxanaya yerləşdirilib.
Məlumat rəsmi mənbələrdə dəqiqləşdirilir.