ABŞ prezidenti Corc Buş Amerika və NATO hərbçilərinin Əfqanıstanda hazırkı əfqan hökumətinə qarşı silahlı mübarizə aparan taliblərin İran tərəfindən silahla təchiz olunması ilə bağlı fikirlərini bölüşdürür.
“Biz həm öz kəşfiyyatımıza, həm də Əfqanıstan və İraqdakı təhlükəsizlik qüvvələrimizdən eşitdiklərimizə inanırıq”, - deyə Ağ ev nümayəndəsi Dana Perino jurnalistlərə bildirib.
O, bu bəyanatı İran prezidenti Mahmud Əhmədinecatın Əfqanıstan prezidenti Həmid Kərzayı ilə Kabildə keçirdiyi birgə mətbuat konfransında bu qəbildən olan ittihamları rədd etməsindən sonra bəyan edib. Əfqanıstana ilk rəsmi səfərini həyata keçirən İran prezidenti bildirib ki, “mən bu ittihamlarda həqiqət olduğuna şübhə edirəm. Biz bütün gücümüzlə Əfqanıstanda gedən siyasi prosesləri dəstəkləyirik”.