Gürcüstan Rusiya tərəfini avqustun 6-da baş vermiş Sitelubani kəndi yaxınlığına pozucu təyyarədən idarə olunan raketin buraxılması ilə bağlı hadisənin araşdırılmasında iştirak etməyə çağırır.
"Biz Rusiya tərəfini ikitərəfli formatda əməkdaşlığa çağırırıq. Biz əlimizdə olan informasiya və məlumatları verməyə hazırıq və Rusiya tərəfdən də aydınlıq gətirə biləcək məlumatlar gözləyirik", - deyə Gürcüstan XİN-in rəsmi nümayəndəsi David Dondua jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Rusiya tərəfi ilə ilkin razılaşma mövcuddur.
Gürcüstan XİN-in nümayəndəsi qeyd edib ki, Tiflisdə işləyən beynəlxalq ekspertlərdən ibarət qrup yaxın günlər ərzində hadisə ilə bağlı rəy bildirəcək.
Gürcüstan tərəfinin bildirdiyinə görə, avqustun 6-da Rusiya ərazisindən 2 hərbi təyyarə Gürcüstanın hava məkanına hücum edərək, Qori şəhəri rayonuna idarə olunan raket buraxıb, lakin raket partlamayıb.
Rusiya HHQ baş komandanı, general-polkovnik Aleksandr Zelin jurnalistlərə bəyan edib ki, HHQ Gürcüstan ərazisi üzərində naməlum təyyarənin uçması ilə bağlı vəziyyətin aydınlaşdırılması üzrə Tiflislə əməkdaşlığa hazırdır.
"Heç kim əməkdaşlıqdan imtina etmir. Lakin bu, mövcud beynəlxalq razılaşmalar çərçivəsində baş verməlidir", - deyə A.Zelin bildirib.