“Azəriqazbank”ın aktivlərinin həcmi 2007-ci ilin I yarısında 16 % artaraq iyulun 1-nə 102, 821 mln. manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat veriblər.
Bankın kredit çantası ilk yarım ildə 43,6 % artaraq 76,976 mln. manat təşkil edib. Bunlardan 28,081 mln. manatı istehlak kreditlərinin payına düşüb.
Azəriqazbankın öhdəlikləri 2007-ci ilin I yarısında 16,5% artaraq 86,045 mln. manat təşkil edib.
Azəriqazbank tərəfindən cəlb olunan depozitlərin həcmi 2007-ci il iyulun 1-nə 57,930 mln. manat təşkil edib ki, bu da ilin əvvəlinə olan göstəricidən 1,8 % çoxdur. Əhalinin əmanətləri 41,313 mln. manat (49,3 % artım) təşkil edib.
Bankın kapitalı cari ilin birinci yarısında 10,9 % artaraq 14,382 mln. manat, nizamnamə kapitalı isə 10 mln. manat təşkil edib.
Bankın xalis mənfəəti 1613,37 min manat təşkil edib.
Azəriqazbank 2006-cı ilin yekunlarına dair "İnterfaks-İAM"nin hazırladığı “İnterfaks-1000”: MDB bankları” renkinqində aktivlərinin həcminə görə 465-ci yeri, Azərbaycan bankları arasında 8-ci yeri tutub.