Qarabağ nizamlanması ilə bağlı prezidentlər səviyyəsində növbəti danışıqların təşkili üçün Ermənistanın öz mövqeyinə düzəlişlər etməsi lazımdır. Bu barədə Azərbayan XİN mətbuat mərkəzinin rəhbəri Xəzər İbrahim çərşənbə günü keçirilən brifinqdə məlumat verib.
“Prezidentlərin görüşü üçün danışıqlar masasında hansısa razılaşmanın olması vacibdir. Ermənistanın hazırkı mövqeyi isə hər hansı sazişə nail olunmasına zəmin yaratmır”,-deyə X.İbrahim bildirib.
“Erməni tərəfi öz mövqeyinə düzəlişlər edərsə, ən yüksək səviyyədə görüşün təşkili mümkündür”,-deyə diplomat vurğulayıb.