Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı səhər rəsmi səfərlə Litvaya yola düşüb. Bu barədə ölkə başçısının İcra Aparatınıdan məlumat verilib.
Litvanın Bakıdakı səfiri Kestutis Kudzmanasın “İnterfaks-Azərbaycan” agentliyinə qabaqcadan verdiyi məlumata görə, İ. Əliyevi sahibkarlardan ibarət böyük bir qrup müşayət edir və səfər çərçivəsində iqtisadi münasibətlərin, investisiya, nəqliyyat və digər sahələrin inkişaf imkanlarının müzakirə olunacağı ikitərəfli Litva-Azərbaycan biznes-forumu keçiriləcək.
Səfirin sözlərinə görə, İ.Əliyevin Litvaya səfəri zamanı bir sıra sənədlərin, o cümlədən mədəniyyət, gənclər və idman, vergi xidmətləri, sənaye və elm sahəsində əməkdaşlığa dair sənədlərin imzalanması gözlənilir.