Avropa Parlamenti Dağlıq Qarabağ münaqişəsinin hazırki vəziyyətilə bağlı hesabat hazırlayır və bu sənəd əsasında Azərbaycanla Ermənistan arasındakı danışıqlar prosesində irəliləyişin olmamasının səbəblərini araşdırır.
«Biz Qarabağ münaqişəsinin tez və sülh yolu ilə həll olunmasını istəyirik. Lakin təəssüf ki, bu istiqamətdə hələlik böyük irəliləyiş yoxdur. Mən bunun səbəblərini bilmirəm», - deyə Azərbaycan-Avropa Birliyi Əməkdaşlıq Komitəsinin həmsədri, fransalı parlamentari Mari Ann İsler Bequin cumə axşamı Azərbaycan XİN-də avropalı parlamentarilərin qrupu ilə keçirdiyi görüşdə bəyan edib.
«Ona görə də, - o deyib, - bizim məruzəçi münaqişəyə dair hesabat hazırlayır. Biz onu analiz edirik və nəticələrin olmamasının (Qarabağ münaqişəsini nizamlanması üzrə danışıqlarda – İF-Az.) səbəbələrini öyrənməyə çalışırıq».
M.Bequinin sözlərinə görə, avropalı parlamentarilər Bakıda və İrəvanda olarkən münaqişə tərəflərinin problemin həllinə tərəfdar olduqlarına əmin olublar. «Azərbaycan və Ermənistan XİN-də keçirdiyimiz görüşlərdə biz tərəflərin münaqişənin tezliklə həlli arzusunda olduqlarının gördük», -deyə Mari Ann İsler Bequin bildirib.