“AtaSigorta” şirkəti Azərbaycan Milli Bankının (AMB) əmlakı, nağd pul, həmçinin nəqliyyat vasitələrinin avto-KASKO sığortalanması üzrə keçirdiyi tenderin qalibi olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentıliyinə şirkətdən məlumat verilib.
“АtaSigorta” AMB-nin keçirdiyi tenderin qalibi elan olunub. Müqavilə 1 il müddətinə nəzərdə tutulub”,-deyə şirkətin təmsilçisi bildirib və eyni zamanda müqavilənin maliyyə şərtlərini açıqlamayıb.
O əlavə edib ki, “АtaSigorta” iki il dalbadal AMB-yə əmlakın, nağd pulların, həmçinin bankın nəqliyyat vasitələrinin avto-KASKO sığortalanması üzrə xidmətlər göstərəcək.
“AtaSigorta” 2004-cü ilin sentyabrında fəaliyyət üçün lisenziya alıb. Nizamnamə kapitalı 2 mln. manat təşkil edir. Şirkətin təsisçiləri “AtaBank” və “AtaHolding”dir. Şirkət tədiyyələrin həcminə görə ölkənin 10 aparıcı sığorta şirkətləri sırasına daxildir.
2007-ci ilin 1-ci yarısında şirkətin tədiyyələri 2,1 mln. manat, ödənişləri 0,2 mln. manat təşkil edib.