Azərbaycanın gimnastlardan ibarət komandası Yunanıstanın Patras şəhərində keçirilən bədii gimnastika üzrə 28-ci dünya çempionatında komanda birinciliyi üzrə bürünc mükafatın sahibi olub.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinin məlumatına görə, bu uğura Aliyə Qarayeva, Dinara Gimatova, Anna Qurbanova və Zeynəb Cavadlı nail olublar. Lentlə ən yaxşı çıxışı Dinara Gimatova göstərib. O, 17.000 bal qazanıb, ikinci nəticəni 16.275 balla A. Qarayeva, üçüncü nəticəni isə 15.000 balla A. Qurbanova göstərib. Bütün tapşırıqların yerinə yetirilməsinin nəticələrinə görə, Azərbaycan 163,75 bal toplayaraq Rusiya və Belarusdan sonra III yeri tutub.
Dinara Gimatova lentlə finalda 16.65 bal toplayaraq səkkizinci yeri tutub. Mükafatçılar arasında birinci yeri Vera Sesina (Rusiya), ikinci yeri Anna Bessonova (Ukrayna), üçüncü yeri isə Alina Kabayeva (Rusiya) tutublar. Aliyə Qarayeva gürzlə yarışların finalında 17.425 balla V yeri tutub. İlk üçlük isə Olqa Kapranova (Rusiya), Anna Bessonova (Ukrayna) və Vera Sesinadan (Rusiya) ibarət olub.