GUAM milli koordinatorları sentyabrın 20-21-də Bakıda başlayacaq görüş zamanı postsovet məkanındakı dondurulmuş münaqişələrlə bağlı qətnamə layihəsinin BMT-nin müzakirəsinə çıxarılması ilə bağlı özünün gələcək strategiyasını nəzərdən keçirəcək. Bu barədə jurnalistlərə cümə axşamı GUAM baş katibi Valeri Çeçelaşvili məlumat verib .
“GUAM ölkələrindəki dondurulmuş münaqişələrlə bağlı qətnamə layihəsinin BMT TŞ-nin müzakirəsinə çıxarılması ilə bağlı məsələ bizim gündəliyimizdədir. Milli koordinatorlar bu məsələ ilə bağlı özünün gələcək strategiyasını nəzərdən keçirəcək. Bu məsələ struktur daxilində prioritet məsələlərdən olaraq qalır”,- deyə V. Çeçalaşvili bildirib.
O, qeyd edib ki, milli koordinatorların ikigünlük görüşü çərçivəsində GUAM ölkələrinin sülməramlı qüvvələrinin yaradılması ilə bağlı fikir mübadiləsi aparılacaq.