Cümə axşamı Bakıda MDB ölkələri standartlaşdırma və metrologiya komitələrinin növbəti 26-cı iclasının protokolu imzalanacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri məlumat verib.
MDB ölkələri standartlaşdırma və metrologiya komitələrinin növbəti 26-cı iclası çərçivəsində MDB ölkələri ölçmələrin qeyri-müəyyənliyi üzrə işçi qrupun 4-cü iclası keçiriləcək. Məqsəd ölçmələrin qeyri-müəyyənliyi üzrə qiymətləndirmənin praktikaya tətbiqi üzrə işlərin koordinasiyasıdır.
Həmçinin milli orqanların ölçmələrin qeyri-müəyyənliyi üzrə qiymətləndirmənin metroloji praktikaya tətbiqi üzrə apardıqları işlər, ölçmələrin qeyri-müəyyənliyi üzrə konsepsiyasının əsas tətbiqi istiqamətlərinin tamamlanması və reallaşması məsələləri müzakirə olunub.
İclasda 8 MDB ölkəsi – Belarus, Azərbaycan, Moldova, Rusiya, Tacikistan, Özbəkistan, Ukrayna və Gürcüstan təmsilçiləri iştirak edib.