Məşhur amerikalı telejurnalist Den Razer vaxtilə işlədiyi şirkətin rəhbərliyini məhkəməyə verib. O, 2005-ci ildə işdən azad olunana qədər CBS teleşirkətinin xəbərlər proqramının “siması” sayılırdı.
O irəli sürdüyü iddiada şirkətin sahiblərindən vurulan mənəvi ziyana görə ona kompensasiya kimi 70 mln. dollar verilməsinin tələb edir.
75 yaşlı D.Razer Ağ evlə münasibətləri pozmaması üçün CBS-in onu "qapazaltı" etdiyini bildirir.
Telejurnalist 2004-cü ilin noyabrında axşam xəbərlərinin əsas buraxılışında efirə verdiyi qalmaqallı süjetdən sonra işindən kənarlaşdırılıb. Orada hazlrki prezident C.Buşun Vyetnam müharibəsi illərində cəbhəyə göndərilməməsi üçün özünə olan “xüsusi münasibətlərdən” istifadə etdiyindən bəhs edilib. Nəticədə D.Razerin istinad etdiyi sənədlərin həqiqiliyini sübut etmək mümkün olmayıb.
Bir həftədən sonra teleşirkətin sahibləri D.Razerdən açıq şəkildə öz reportajından imtina etməyi tələb ediblər. Əvvəlcə onun redaksiyasının 4 əməkdaşını, 2005-ci ilin martında isə onun özünü xəbərlərin axşam buraxılışının aparıcılığından kənarflaşdırıblar.
D.Razer və onun vəkilləri beləliklə onun şöhrətinə düzəldilməsi mümkün olmayan zərbə vurulduğunu hesab edirlər.