Azərbaycanın hərbi büdcəsinin artırılması dünyada mövcud olan silahlanma kvotasını pozmur. Bu sözləri respublika parlamentinin birinci vitse-spikeri Ziyafət Əsgərov bəyan edib.
“Erməni və Rusyia KİV-i Azərbaycanın hərbi büdcəsinin artırılması mövzusunu həddindən artıq şişirdirlər. Bu döğrudan da belədir. Bizim hərbi büdcəmiz artırılır və artırılacaq, bu qanunauyğun bir prosesdir”,- deyə Z. Əsgərov cümə günü keçirilən mətbuat konfransında bildirib.
“Dünyada dövlətin hərbi büdcəsinin hər il 4-6% civarında artırılmasının mümkünlüyünü nəzərdə tutan kvota mövcuddur. Azərbaycanın hərbi büdcəsinin artımı 4,8% təşkil edib və biz müəyyən olunmuş 6%-lik maksimal həddi keçmirik”,- deyə o, qeyd edib.
Z. Əsgərovun sözlərinə görə, Azərbaycanın hərbi büdcəsi dövlət büdcəsinin tərkib hissəsi kimi artır. “Onda onlar (digər dövlətlər-İF-Az.) dəhşətə gələrək, bunun çox olduğunu deyir və Azərbaycanın hərbiləşdirildiyini bildirirlər. Azərbaycan hərbiləşmir, sadəcə dünyada mövcud olan normalara müvafiq olaraq oz hərbi büdcəsini artırır və bu, narahatçılıq üçün əsas olmamalıdır”,- deyə birinci vitse-spiker bildirib.
Bundan əlavə, o, “Azərbaycan hərbi büdcəsini artırmaq üçün mənəvi hüquqa malikdir” deyib. “Biz təcavüzün qurbanlarıyıq. Təcavüzkar könüllü olaraq getmək istəmir (işğal olunmuş ərazilərdən – İF-Az.) və onun bunu etməyə məcbur etmək üçün yaxşı güc göstərmək, yaxşı silahlanmaq və iqtisadiyyat lazımdır. Bizim iqtisadiyyatımız isə həndəsi tərəqqi ilə inkişaf edir və buna da müvafiq olaraq bizim ordumuz da inkişaf edir”,- deyə Z. Əsgərov bildirib.