Dağlıq Qarabağda ermənilər tərəfindən əsir saxlanılan Azərbaycan vətəndaşı cümə günü geri qaytarılıb. Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı nümayəndəliyinin yaydığı məlumatda belə deyilir.
Məlumatda qeyd olunur ki, mülki şəxsin Azərbaycan tərəfinə təhvil veriılməsi Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Ağdam rayonundakı təmas xəttində həyata keçirilib.
Məlumatda bildirilir ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi 1992-ci ildən 662 şəxsin repatriasiyasına və ya təhvil verilməsinə yardım edib.