Sentyabrın 28-də Bakıda Avropa Birliyi-Azərbaycan əməkdaşlıq komitəsinin iclası keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə komitənin Azərbaycan tərəfdən rəhbəri, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev məlumat verib.
Cümə axşamı Bakıya gələcək AB nümayəndə heyətinə Avropa Komissiyasının xarici əlaqələr departamentinin Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə direktoru vəzifəsinin icraçısı Qonnar Viqand başçılıq edəcək.
“Bu, ötən ilin sonlarında Avropa Qonşuluq Siyasəti çərçivəsində fəaliyyət Planı və AB ilə Azərbaycan arasında strateji enerji əməkdaşlığı üzrə qarşılıqlı anlaşma haqqında memorandumun imzalanmasından sonra keçirilən ilk iclasdır”,-deyə M.Məmmədquliyev bildirib.
Komitənin iclası Azərbaycan Nəqliyyat Nazirliyində keçiriləcək.