Kosovo üzrə Əlaqə Qrupunun iştirakçısı olan dövlətlərin diplomatik idarələrinin rəhbərləri BMT TŞ-nın təsdiqləyəcəyi belə bir razılaşdırılmış qərarın tapılması zəruriliyini qeyd ediblər.
"Əlaqə Qrupunun iştirakçısı olan ölkələrin XİN rəhbərləri danışıqlar yolulə əldə oluna biləcək və BMT TŞ-nın qəbul edəcəyi belə qərarın qəbul edilməsində qətiyyətli olduqlarını təsdiqləyiblər. Nazirlər Kosovonun statusunun tezliklə həll olunmasının Qərbi Balkanlarda və bütün Avropada sabitlik və təhlükəsizlik üçün mühüm əhəmiyyət malik olduğunu bir daha bəyan ediblər", - deyə Əlaqə Qrupounu Nyu-Yorkda keçirilən görüşünün nəticələri üzrə yaydığı bəyanatında bildirilir. Bəyanatın mətni cümə günü Serbiyanın RTS telekanalı ilə yayımlanıb.
Əlaqə Qrupunu nümayəndələrinin fikrincə, "Kosovo problemində staus-kvo-nun saxlanması Kosovonun siyasi, iqtisadi və ümumi inkişafına və regionda sabitliyə mənfi təsir göstərir və bu səbəbdən həllin mümkün qədər tez tapılması zəruridir".
Kosovo üzrə Əlaqə Qrupunun tərkibinə Böyük Britaniya, İtaliya, Rusiya, ABŞ və Fransanın nümayəndələri daxildir.
Böyük Britaniyanın xarici işlər naziri Devid Milibend Serbiya mərkəzi hakimiyyətinin və Kosovo diyarının rəhbərliyini nümayəndələri arasında cümə günü Nyu-Yorkda keçiirlməsi nəzərdə tutulan birbaşa danışıqların iştirakçılarını konstruktiv qərar qəbul etməyə çağırıb. Onun sözlərinə görə, Əlaqə Qrupu Belqrad və Priştinanın hər iki tərəf üçün əlverişli olan həllinin tapılmasında qətiyyətli olduğunu görmək istərdi.
ABŞ Dövlət Departamentinin nümayəndəsi Nikolas Berns xatırladıb ki, dekabrın 10-da AB, Rusiya və ABŞ nümayəndələrini daxil olduqları vasitəçilər “üçlüyü” TŞ-na məruzə təqdim etməlidirlər və bundan sonra onun mandatının fəaliyyət müddəti başa çatacaq. O həmçinin beynəlxalq birliyin Serbiya və etnik albanların təmsilçisi olan Kosovo rəhbərliyi hansısa razılığa gəlməyənədək hər hansı bir addım atmaqdan imtina etdiyini deyib.