Rusiya və Çin Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İranın nüvə proqramına dair hesabatını açıqlamayınca bu ölkəyə qarşı yeni sanksiyaların qəbulu ilə bağlı məsələnin müzakirəsindən imtina edir. Bu barədə Fransanın xarici Bernar Kuşner BMT-də jurnalistlərə məlumat verib.
O bildirib ki, Fransa, ABŞ və Böyük Britaniya Rusiya ilə Çini İranın uranın zənginləşdirliməsi üzrə işləri dayandırmaqdan imtina etməsi üçün sanksiyaların sərtləşdirilməsi barədə BMT Təhlükəsizlik Şurasının yeni qətnamə layihəsinə baxılmasını yubatmamağa razı salmağa çalışır.
Lakin B.Kuşner eriraf edib ki, MAQATE dekabrda öz məruzəsini təqdim edənə kimi TŞ-nin
yeni sanksiyalar məsələsinə baxılması ilə məşğul olacağını zənn etmir.
“Düşünmürəm ki, buna kimi rusları və çinliləri nəyəsə inandırmaq mümkün olsun”,-deyə o bildirib.
Öncə Rusiya xarici işlər naziri Sergey Lavrov jurnalistlərlə söhbətində bildirib ki, İrana qarşı yeni sanksiyalar MAQATE-nin işini pozacaq.