Neftin qiyməti cümə günü 1,5% ucuzlaşmadan sonra sabitləşib. Bu barədə Bloomberg agentliyi xəbər verir.
Nyu-Yorkun Əmtəə Birjasında (NYMEX) WTI markalı neftin noyabra olan füçers müqaviləsinin qiyməti sentyabrın 28-də hərracların bağlanması səviyyəsi ilə nisbətdə bazar ertəsi yalnız $0,03 aşağı düşüb və $81,63/1b təşkil edir.
Cümə günü noyabra olan WTI müqaviləsinin qiyməti $1,22 (1,5%) ucuzlaşaraq, $81,66/1b olub. Neft Atlantikada qasırğaların baş vermə təhlükəsinin azalması şəraitində ucuzlaşır.
Sinoptiklər xəbər verir ki, sentyabr ayının başa çatması ilə əlaqədar Atlantik okeanında qasırğaların fəallığı geridə qalıb. Bütövlükdə, qasırğalar mövsümü iyundan noyabra qədər davam edəcək.
CME Globex (NYMEX) elektron sistemində Rusiyanın Rebco markalı neftinin noyabr ayına olan füçers məzənnəsi sentyabrın 28-də $0,9 aşağı düşərək $75,25/1b təşkil edib.
Londonun ICE Futures birjasında Brent neftinin noyabr ayına olan füçers qiyməti $0,86 - $79,17-a qədər ucuzlaşıb.
Rusiyanın Urals nefti (c.i.f. Aralıq dənizi limanları) üzrə spot müqavilələrinin qiyməti cümə günü $76,19/1b təşkil edib ki, bu da bir gün əvvələ olan spot qiymətdən $0,7 azdır.